Evdə qızlarına sahib ola bilməyənlər, indi övladına boşanmış qadın almaq istəyir' - VİDEO
"Zamanla o dərəcəyə gəlib çıxmışıq ki, bu gün boşanmış qadına şükür edirlər. Evdə qızlarına sahib ola bilməyənlər, indi övladına boşanmış qadın almaq istəyir".
Bu açıqlamanı teleaparıcı Vüsalə Kərimova "Senzurasız" layihəsinin qonağı olarkən ifadə edib. Həyat yoldaşından boşanması haqda danışan aparıcı bu gün onunla dost olmasını bildirib. Lakin boşanmış qadınların bu gün cəmiyyətdə əziyyət çəkdiyini bildirib:
"Boşanmış qadınsansa, heç kəsi sevməməlisən. Yanında bir kişi olsa, mütləq onu yapışdıracaqlar ki, filankəslədir. Niyə? Çünki boşanmış qadındır. Boşanmış qadının məgər namusu yoxdur? Təəssüf ki, kənardan kimisə daşa basmaq çox asandır. Bəlkə də mən həyatımda 2-3 dəfə sevmişəmsə, o insanlar ayda 2-3 dəfə seviblər".
V. Kərimova daha sonra illərdir adının müğənni Yaşar Cəlilov ilə eşq yaşadığı barəsində yayılan söz-söhbətə də aydınlıq gətirib:
"Bu ittihamları səsləndirən insanlar başıboş insanlardır. İnciməsinlər. Vüsalə 2010-cu ildən Yaşarla çalışır. 10 ildən çoxdur. Bu müddətdə Yaşar evlənib də, boşanıb da, bişanlanıb, ayrılıb da. Bunların hamısında mən daha əvvəldən olmuşam. Əgər nişanının qayarılmasında günahkar mənim idimsə, mən bu qədər güclü qadınamsa, heç onu nişanlanmağa qoymazdım da. Niyə nişanlandırıb, sonra qaytazdırıram ki, hələ üstümə də şər atsınlar ki, Vüsalə edib. Biz etmə-bulma dünyasında yaşayırıq. Əgər onların taleləri belə gətiribsə, demək ki, onlar da hardasa nəsə edib ki, belə tale ilə qarşılaşır".
V. Kərimova həmçinin atası, əməkdar artist Vaqif Kərimovdan imtina etməsi haqda ilk dəfə şok açıqlamalar edib.
Verilişi tam olaraq linkdən izləyə bilərsiz.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq