Evlərdən oğurluq edən şəxs tutuldu - VİDEO

Evlərdən oğurluq edən şəxs tutuldu - VİDEONərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.
Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə keçirilən baxış zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq cinayətlərinə görə dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluq etdiyini bildirib.
Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
"Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", – məlumatda qeyd edilib.

Hadisə       Tarix: 24 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən ən son xəbər xeber son xeberler bugun 2026 muharibe