"Evsiz" partiyalara ofis veriləcək, fəaliyyət göstərməyənlər "cəzalanacaq" - AÇIQLAMA

"Evsiz" partiyalara ofis veriləcək, fəaliyyət göstərməyənlər "cəzalanacaq" - AÇIQLAMA"Evsiz" partiyalara ofis veriləcək, fəaliyyət göstərməyənlər "cəzalanacaq" - AÇIQLAMA
"Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin müşavirəsi əhəmiyyətli sıçrayışa səbəb ola bilər".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün videokonfrans formatında görüş keçiriblər.
İclas "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar" mövzusuna həsr olunmuşdu.
T.Kərimli bildirib ki, iclasda Azərbaycanın milli problemləri, siyasi partiyaların inkişafı məsələləri müzakirə edilib.
"Eyni zamanda, Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı gördüyü tədbirlər müzakirəyə çıxarıldı. Dövlət başçısının başladığı dərin islahatlara dəstək verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı", - deyə T.Kərimli əlavə edib.
Millət vəkili hesab edir ki, bu görüşdən sonra siyasi partiyalarla dialoq mühiti güclənəcək.
Deputat siyasi partiyaların ofislə təmin olunması və qurultaylarının keçirilməsi üçün daimi zalın ayrılması barədə yüksək səviyyədə razılığa gəlindiyini bildirib.
T.Kərimlinin sözlərinə görə, bəzi partiyaların qeydiyyata alınmasının vacibliyinə də diqqət çəkilib:
"Lakin bir sıra fəaliyyət göstərməyən partiyalar var ki, onlar barəsində hüquqi ölçü götürüləcək".
Partiya sədrinin fikrincə, görüşün həm siyasi partiyalara, həm də demokratiyanın inkişafına faydası olacaq.
Xatırladaq ki, həmin görüşün sonunda parlamentdə təmsil olunan partiyalar birgə bəyanat qəbul ediblər.
Bəyanatda Prezident tərəfindən dövlət idarəçiliyində aparılan islahatların yeni mərhələsinə toxunulub.
Bunun siyasi sistemi möhkəmləndirmək məqsədilə ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılmasına, həmçinin, ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş addımların təqdir edildiyi bildirilib.
Dövlətçilik üçün prinsipial olan məsələlərin milli maraqlar naminə səy birliyi və həmrəylik yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb. Habelə Prezident və Birinci vitse-prezident tərəfindən koronavirus pandemiyası ilə mübarizədə həm ölkə daxilində, həm də qlobal miqyasda həyata keçirilən tədbirlərin dəstəkləndiyi ifadə olunub.
Aqşin Kərimov

Siyasi       Tarix: 10 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri