"Əvvəlcə Paşinyanın ətrafındakılar Azərbaycanla bağlı bu qərarı həzm etməlidir, sonra..."- RƏY

Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, sahəsi 86,6 min kvadratkilometr olan Azərbaycan ərazisinə Qarabağın da daxil olduğunu bildirib. Ermənistan hökumətinin başçısı vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi Xankəndi ilə Bakı arasında müzakirə olunmalıdır.
Nikol Paşinyanın  bəyanatının regiondakı proseslərə necə təsir edəcəyi ilə  bağlı danışan politoloq Əlimusa İbrahimov azxeber.com-a açıqlamasında, Paşinyanın bu bəyanatına baxmayaraq, tezliklə sülh müqaviləsindən danışmağın mümkün olmadığını deyib:
"Ermənistan baş naziri Nikol Paşinyan nəhayət Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında bəyanatı səsləndirdi. Yadınızdadırsa Ermənistanın baş naziri 2020-ci ildən bu vaxta qədər sülh müqaviləsi ilə bağlı açıqlamalar verib. Amma hazırda konkret tədbirlərin görülməsi haqqında yekun məlumat yoxdur. Qarabağdakı erməni tör-töküntüləri və Ermənistandakı Qarabağ klanının nümayəndələri Paşinyana qarşı sözün əsil mənasında müharibə elan ediblər. Bizim Paşinyanın bəyanatının səmimi olub-olmadığını yoxlamaq imkanımız hələlik yoxdur. Bir müddət də olmayacaq. Çünki həm erməni ictimaiyyəti, həm də Paşinyanın ətrafındakılar bu qərarı həzm etməlidirlər".
Siyasi şərhçi Paşinyanın müəyyən dövr daxildəki müxalifətə qarşı mübarizə aparmalı olduğunu deyib:
"Bu mübarizədən Paşinyanın necə çıxacağı da məlum deyil. Buna görə də tezliklə sülh müqaviləsi haqqında danışmaq mümkün deyil. Digər tərəfdən regiona təsir mexanizmi olan digər oyunçular da Paşinyanın bu bəyanatının arxasında nəyin gizləndiyini müəyyənləşdirməlidirlər. Bütün bunlar sülh müqaviləsi barədə danışıqların vaxtının çatmadığına işarə edir".
Şəbnəm Zahir

Siyasi       Tarix: 24 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


son xeberler yeni xeberler azerbaycan xeberleri qurban bayrami 2026 qarabag dunyada son xeberler