Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAMƏziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirilməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.
Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr edib, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirib.
Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynayıb.
Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görüb. "Əkinçi" qəzetinin və "Molla Nəsrəddin" jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf edib. /oxu.az

Siyasi       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbaro

Prezident yeni səfiri qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib. xəbər veri

"Dost Almaniya xalqına..." - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

Anar Quliyev: 10 ildə 9 şəhərdə 16 mindən çox mənzil tikilib

İyulun 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasına dair yüksəksəviyyəli iclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

"Truth Social"-da yeni xidmət: Trampın paylaşımlarına erkən çıxış imkanı yaradılır

ABŞ Prezidenti Donald Trampın media şirkəti "Trump Media" treyderlər və institusional investorlar üçün yeni pullu xidmət istifadəyə verməyə hazırlaşır. xəbər verir ki, bu barədə "The Wall Street Journal"

Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb. Bu barədə səfir sosial şəbəkə hesabında bildirib

Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərq regionuna yeni hərbi texnika göndərməsini kəskin tənqid edib. xəbər verir ki, Qalibaf "X" platformasında (keçmiş Twitter) etdiyi paylaşımda ABŞ-ni

İlham Əliyevlə Merts mətbuat konfransı keçirir

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər. xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi son xeberler 2026 maliyye xeberler bugun hava haqqinda