"Facebook"da işə başlayan azərbaycanlı gəncə şirkət corab hədiyyə etdi - FOTO
Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan "Meta"da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.
azxeber.com "report"a istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.
E.Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə "Meta" ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.
Corabların üzərində isə "Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. "Meta"da icma yaratmaq üçün addım atmaq budur".
Münhen Texniki Univestitetini bitirən E.Quliyev bu təyinata qədər "Microsoft", "Amazon" və "Delivery Hero" şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, "Facebook" bir müddət öncə rebrendinq edərək "Meta" adlanıb və hazırda bu şirkətin "Facebook", "Messenger", "Instagram" və "WhatsApp" tabeliyindədir.
Ötən ilin sonuna olan məlumata görə, "Meta"nın əməkdaşlarının ümumi sayı 72 minə çatır.


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı