Faiq Floranı seçdi, Brilliant ağır sözlərə keçdi
Xalq artistləri Brilliant Dadaşova və Faiq Ağayev arasında uzun illərdir davam edən qalmaqal yenidən alovlanıb.
Open.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəlcə "Popumuz var" yutub layihəsində qonaq olan F. Ağayev aparıcı Murad Arifin "Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti?" sualına belə cavab verib: "Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Müqayisəolunmaz bir şeydir. Biri əsrlər boyu qalacaq, o biri bir azdan yaddan çıxacaq".
Bundan sonra M. Arif Ağayevdən parlament seçkilərinə qatılmama səbəbini soruşub. Murad Xalq artistini dürüst, doğru və məntiqli yol göstərən kimi təqdim edib. Bu fikirlər B.Dadaşovanı daha çox qıcıqlandırıb və M. Arifin instaqramdakı sözügedən paylaşımına münasibət bildirərək, Xalq artistinin ünvanına ağır fikirlər yazıb.
"Dürüst və doğru? (gülür) ... Özünü videoya çəkən, bunu da nədənsə onunla əlaqəsi olmayan Brilliantın boynuna atan dürüst! Canım Murad, dürüstlük dünyadakı haqqını halal etməz, günahdır",- deyə Dadaşova qeyd edib.
Xanım sənətçi daha sonra növbəti rəyini yazaraq M. Arifi də tənqid edib: "Murad, parlamentdə vaxtı ilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə dürüstlük gözləyənlərin ümidlərini qırma. Xalq doğrudanmı cılızlaşdırılır? Allah xalqa kömək olsun!".
Brilliant Dadaşova daha sonra F. Ağayevin ona böhtan atdığını iddia edib: "Acıq vermək üçün şəxsən özünün çəkdiyi videonu ortaya çıxardı. Amma nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üstümə atdı? Hələ də bu, sual altındadır. Bu dünyada və mütləq məhşərdə böhtanın cəzası çox ağırdır".


/open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq