Faiz ödənişləri niyə ilk aylarda çox olur? – MB

Faiz ödənişləri niyə ilk aylarda çox olur? – MBBanklar kreditin ilk aylardakı ödənişi zamanı məbləğin bəzi hallarda yarıdan çoxunu faizə tuturlar, az qismini isə əsas vəsaitdən silirlər. Sonrakı aylarda isə ödənişlərdə əsas vəsaitdən çıxılma məbləği artır, faiz tutulması isə azalır.
KONKRET.azxəbər verir ki, bu, bankların özünü "sığortalaması", qazancını artıqlaması ilə ilk aylarda götürməsi kimi təqdim edilir. Ancaq burada kredit götürənin hüquqları pozulur. Belə ki, o, son müddəti gözləməyib, bir neçə aydan sonra krediti tam bağlamaq qərarına gələrsə, məlum olacaq ki, kreditə görə faizin böyük hissəsini artıq ödəyib. Yəni hansısa məbləğə görə bir illik kreditin sonunda 100 manat faiz ödəyəcəkdisə, 6 ayın tamamında ödədiyi faiz 50 manat deyil, az qala 90 manat olur.
Daha bir qəribə hal isə kreditin vaxtından əvvəl bağlanması və ya 2-3 aylıq kreditin eyni gündə ödənməsi halında bankların əlavə rüsum tətbiq etməsidir.
Mərkəzi Bankdan bu mövzuda sorğumuza cavab olaraq bildirilib ki, Mülki Məcəllənin 740.1-ci və 744.2.4-cü maddələrinə görə kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqların ödəniş qaydası və şərtləri borcalanla bağlanmış kredit müqaviləsi ilə müəyyən edilir:
"Həmçinin istehlak krediti müqavilələri bağlanmazdan əvvəl istehlakçıya təqdim edilən ilkin məlumatlandırma sənədində kreditin ödəniş şərtləri, kredit müqaviləsi üzrə faizlərin və ya digər ödənişlərin məbləği, tətbiq edilmə şərtləri əks olunmalıdır.
İstehlak kreditləri üzrə annuitet üsulu banklar üçün həmin kreditlər üzrə riskləri qısa müddətdə absorbsiya etmək imkanı yaratdığından daha geniş istifadə edilir. Bu yanaşma beynəlxalq təcrübəyə də uyğundur, annuitet ödəniş üsulu istehlak və ipoteka kreditləri üzrə beynəlxalq səviyyədə qəbul olunmuş bir üsuldur.
Annuitet üsulu kredit üzrə faizin borcun qalıq məbləği üzərinə hesablanmasını nəzərdə tutur ki, bu da zaman keçdikcə azalır. Belə ki, bank ilk aylarda sonrakı aylarla müqayisədə daha çox gəlir əldə edir ki, bu da onun maliyyə sabitliyi və risklərin idarə olunması baxımından daha vacibdir (o cümlədən ona görə ki, kredit ödənişləri irəlilədikcə bank borcalanın risk profilini daha yaxşı müəyyənləşdirir, kreditin əvvəlində borcalanın risk profili həmişə daha yüksək hesab olunacaqdır).
Bundan əlavə, annuitet ödəniş metodu həm borcalan, həm də kredit təşkilatı üçün ödənişlərin sabitliyini və proqnozlaşdırıla bilməsini təmin edir. Bu, borcalana öz büdcəsini planlaşdırmağa imkan verir. Eyni zamanda, annuitet, kreditin ödənilməsinin digər formalarında baş verə biləcəyi kimi, ödənişlərdə kəskin dəyişikliklərin qarşısını almağa imkan verir".
MB kreditin vaxtından əvvəl ödənilməsi zamanı bankların əlavə rüsum və cərimə tətbiq etməsini isə belə izah edib:
"Kreditin vaxtından əvvəl ödənilməsi zamanı kredit təşkilatları tərəfindən kompensasiyaların tətbiqi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Belə ki, Mülki Məcəlləyə əsasən istehlak kreditlərinə münasibətdə həmin Məcəllənin 746-4-cü maddəsində (istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası) tətbiq olunan kompensasiyaların məbləğlərinə dair bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 746-4.3-cü maddəsinə əsasən kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə bir ildən çox müddət qaldıqda, istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda isə 0,5 faizindən çox olmamalıdır.
Həmçinin Mülki Məcəllənin 746-3.1-ci maddəsinə əsasən istehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.
Biznes və ipoteka kreditlərində isə qeyd olunan məsələ Mülki Məcəllənin 745.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.
Mülki Məcəllə ilə müəyyən olunmuş hədlərdən artıq məbləğdə kompensasiyaların tətbiqi hallarında müvafiq kredit təşkilatlarının çağrı mərkəzlərinə, eləcə də Mərkəzi Bankın Qaynat xəttinə (966) müraciət oluna bilər".

Sosial       Tarix: 08 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber xeber.az son xeberler cəbhədən son xeber xəbərlər