Fatma Yıldırım: "Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi

Fatma Yıldırım: "Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdiFatma Yıldırım: "Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi"
"Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr zamanı bır sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlət başçısı Ermənistanın 30 illik işğalçı siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əhəkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini ifadə etdi".
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq platformadır və özündə müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, dünyanın tanınmış mütəxəssislərini, ictimai və siyasi xadimlərini öz sıralarında birləşdirir: "Bu baxımdan, Mərkəzin keçirdiyi tədbirlər öz əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr bu mənada xüsusi önəm daşıyır. Dövlət başçısı mötəbər beynəlxalq tədbirdə mühüm mesajlar verdi. Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur, tamamilə məhv edilib.
Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir".
Fatma Yıldırım qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb: "Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Hazırda regionumuzun inkişafı üçün geniş imkanlar açılıb. Qonşu ölkələr regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Ermənistanın gələcəyi isə bu əməkdaşlıq platformasına qoşulmaqdan keçir. Əks halda, bu ölkənin heç bir gələcəyi yoxdur". /oxu.az

Siyasi       Tarix: 21 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat