Fələstindən ŞOK Bəhreyn və BƏƏ həmləsi - DETALLAR AÇILDI
Fələstin hökuməti İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynlə birlikdə reallaşdırdıqları Ərəb sammiti zamanı geri çağırdığı Əbu-Dabi və Manamadakı səfirlərini yenidən geri göndərməyə qərar verib.
Publika.az xəbər verir ki, Fələstin isə BƏƏ-İsrail normallaşma razılaşmasına cavab olaraq 13 avqustda səfirini Əbu-Dabidən geri çağırdığını açıqlayıb.
Siyasi analitiklər Fələstinin qərarı dəyişməsini şərh ediblər.
Fələstinli politoloqlar ölkə rəhbərliyinin çağırdığı səfirləri yenidən göndərmə qərarını İsrail ilə normallaşmaya davam etmə istəyi ilə izah ediblər: "Normallaşmada əsas mərhələ keçildi və ərəb ölkələri ilə qarşıdurmanın İsrailə xidmət etdiyi başa düşüldü".
Birzeit Universitetinin beynəlxalq hüquq professoru Hanna İsa fələstinli səfirlərin Əbu-Dabi və Manamaya geri dönməsi ilə əlaqədar olaraq bildirib ki, normallaşma prosesinin digər ölkələrə də uzanması ehtimalı var. Onun sözlərinə görə, Fələstində bu addımı dayandıracaq hansısa tezis mövcud deyil.
H.İsa Fələstin rəhbərliyinin belə bir zamanda Ərəb ölkələri ilə birlikdə yola davam etməyi hədəf aldığını söyləyib. Diplomatik ənənə ilə səfirin çağırılmasının digər ölkə ilə əlaqələrin kəsilməsi demək olmadığını ifadə edən İsa, iki ölkənin münasibətləri barədə razılığa gəldikdən sonra səfirin daha sonra geri dönə biləcəyini vurğulayıb.
Beynəlxalq hüquq professoru mövzuya bu cür davam edib: "Normallaşma razılaşmalarından sonra Fələstin tərəfi problem içindədir. Fələstin əmindir ki, normallaşmaya baxmayaraq beynəlxalq legitimliyə sadiqdir. Ərəb ölkələri də daxil olmaqla, Fələstin sənədlərinə ikili standartlar tətbiq edirlər".
Fələstinli siyasi analitik Adil Şadid isə qeyd edib ki, Fələstin tərəfi uğursuzluğa məhkum müharibəyə girmək istəmir: "Çünki Ərəb ölkələri artıq Fələstinin mövqeyi ilə maraqlanmır. Ölkə rəhbərliyi Ərəb ölkələrinin normallaşmağa davam edəcəyi və digər ölkələrin Fələstinin mövqeyinə əhəmiyyət vermədən onlara qoşulacağı qənaətinə gəldi", - o bildirib.
Akqabay

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür