"Femida Könüllüləri" Təşkilatı təsis edildi

Ali Məhkəmədə fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə "Femida Könüllüləri" Təşkilatı təsis edilib. Təşkilatın yaradılmasında məqsəd gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək, məhkəmələrdə ictimai nəzarətin gücləndirilməsi, məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığının artırılması, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, məhkəmə-hüquq sistemində aparılan islahatların təbliğ və tətbiqinə dəstək, ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə verməkdir.
Təşkilatdan azxeber.com-a bildirilib ki, "Femida Könüllüləri" Təşkilatı məqsədlərinə nail olmaq üçün ölkədə fəaliyyət göstərən bütün instansiya məhkəmələrində könüllü fəaliyyətinin sistemli qaydada təşkili, hüquq sahəsində təhsil alan gənclərin bilik və peşəkar bacarıqlarının artırılması istiqamətində çalışacaq. Eyni zamanda, layihələrin təşkili, məhkəmə-hüquq sistemində olan islahatların təbliği və tətbiqinə dair fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, təşkilatın sədri Nilgün Məmmədova ADA Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasının üçüncü kurs tələbəsidir. O, tələbəliyinin ilk illərindən universitetdaxili cəmiyyətlərdə, o cümlədən birinci instansiya məhkəmələrində könüllü fəaliyyət göstərib. 2023-cü ildən etibarən ADA Universiteti nəzdində fəaliyyət göstərən "ADA Law Society"nin rəhbəridir. Sədr müavini Rəfael Məhərrəmli isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasında (tədris ingilis dilində) təhsil alır. Tələbəlik illərində vəkil qurumlarında təcrübə keçib və müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti ilə məşğul olub. O, həmçinin "AIESEC Azərbaycan" beynəlxalq təşkilatının layihə meneceridir.
Digər sədr müavini Xatın Osmanlı 2016-2020-ci illər ərzində Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində təhsil alıb. 2021-ci ildə ADA Universiteti Hüquq fakültəsinin "Hüquqşünaslıq" ixtisasına daxil olub. Təhsil müddəti ərzində bir çox yerli və beynəlxalq layihələrdə iştirak edib və müxtəlif instansiya məhkəmələrində könüllülük fəaliyyəti ilə məşğul olub. Xatın Osmanlı "Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan"da layihə meneceri və koordinator vəzifəsində fəaliyyət göstərib.

Sosial       Tarix: 01 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri