Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - AÇIQLAMA

Fərahim Qasımovun anasının klinikada ölməsi ilə bağlı - AÇIQLAMAÖtən gün Şirvan sakini Bahar Qasımova Stimul Hospitalda sistem köçürüləndən sonra halı pisləşərək qəfildən vəfat edib.
KONKRET.az xəbər verir ki, mərhumun oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir.
Onun sözlərinə görə, anasının qızdırması olmasına baxmayaraq ona sistem köçürülüb: "Anam sistem köçürülməsi üçün "Stimul Hospital"a gedib. Getməmişdən onunla danışmışdım, vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. "Stimul Hospital"da tibb bacısı Mələk Abbasova yoxlamadan ona sistem köçürüb. Anam deyib ki, "qızım, qızdırmam var, bəlkə, dərman verəsiz qızdırmam düşsün, sonra sistemi qəbul edim". Tibb bacısı isə ona narahat olmamasını, keçib gedəcəyini bildirib. İynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər, həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq".
F. Qasımovun sözlərinə görə, hadisə baş verən vaxt klinikada olan yaxınları qadının aparata qoşulmadığını iddia edirlər: "O zaman sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik anamı görmək istəyəndə, onları hətta xəstəxanadan çölə çıxarıblar. Həkim atama deyib ki, xanımınız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında "mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur" dedi. Halbuki, mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İlham Hüseyn hospitalda olub…"
Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən "Stimul Hospital"da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
***
Hadisə ilə bağlı "Stimul Hospital"a sorğu ünvanladıq. Tibb müəssisəsindən məsələnin araşdırılaraq cavablandırılacağı bildirildi.

Hadisə       Tarix: 19 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler xəbər havanın temperaturu son xeber 2026