Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Fermerə yeni vergi Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:
O bildirib ki, diqqətimi çəkən aqrar sektorla bağlı olan yeni qərar oldu: Kənd Təsərrüfatınada uzun illər qüvvədə olan tam vergi azadolması ləğv edilir və 2027-ci il yanvarın 1-dən 5 il müddətinə (2032-ci ilədək) 90%-lik güzəşt mexanizmi ilə əvəz olunur. Yəni, fermerlərin və aqrar istehsalçıların gəlir və mənfəətinin 90%-i vergidən azad qalacaq, yalnız 10%-i ümumi qaydada vergiyə cəlb ediləcək – tərcüməsi, fermer, məsələn, 100 manat qazanıbsa, onun 10 manatından vergi verəcək.
Bəli, vergi yükü azdır, amma, niyə bu güzəştlər ləğv edilməli, belə qəliz mexanizm tədbiq edilməlidir ki?! 2027-ci ildə bu qayda tədbiq edilərsə, büdcəyə ƏLAVƏ cəmi 13 milyon manat vəsait daxil olacaq – bu vergi deyil, axı, dilənçilikdir. Cəmi 13 mln. manata görə yüzminlərlə fermeri, niyə işə salırsınız ki?! Bu yazıq fermer onsuz da boğulur, indi də bütün bu qəliz sxemlə yığılacaq qəpik-quruşu hesablamaq, vaxtında vergisini ödəmək üçün mühasibmi tutsun, ona maaşmı versin?! Maaşla da olmur axı, gərək əmək müqaviləsi bağlasın, DSMF-yə ödəniş etsin – niyə bu zülmə məruz qoyursunuz ki, kəndlini?!
Zatən kəndlərda adam qoymamısız, hamı qaçır, gəlir Abşerona, onların işini asanlaçdırmaqdansa, niyə qəlizləşdirirsiniz ki?! Nə verəcək sizə 13 mln. manat?! Hər fermerə İLDƏ 40 manat vergi düşür, o 40 manat İLDƏ vergi odəməsi üçün, AYDA maaş verib mühasib tutlamıdır?! Bir az düşünün də nə olar axı!
Onsuz da kənd təsərrüfatında qərar verənlər ömürlərində camış görməyənlər, camışa "əjdaha" deyənlərdir – onların yanaşması kəndlini son illər boğaza yığır, indi də iqtisadiyyat nazirliyi vergi "müjdəsi" ilə qapılarını döyür. Nə bilim VaAllah…"

Sosial       Tarix: 19 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bu cərimələr 150 faiz artırılır

Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəd

Toydan çıxan piyadanı avtomobil vurdu

Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurub. -a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində, 1991-ci il təvəllüdlü Cahid Lələyevi avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanay

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib

Sumqayıtda qadını avtomobil vurdu

Sumqayıtda piyadanı avtomobil vurub. Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən qadını VAZ markalı minik avtomobili vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırm

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlə

Azərbaycan nefti kəskin bahalaşdı

Dünya enerji bazarlarında 2026-cı il 16 noyabr tarixində cari ticarət göstəricilərinə əsasən neft qiymətlərində müxtəlif dinamika müşahidə olunub. . xəbər verir ki, ABŞ-ın xam nefti olan "WTI Crude" markalı nefti

ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti

Vaşinqtonda İranla müharibənin kifayət qədər bahalı bir tərəfi üzə çıxıb: Prezident Donald Tramp hərbi kampaniyanın faktiki başa çatdığını bəyan etsə də, müharibənin maliyyə hesabı hələ də artmaqda davam edir. ABŞ Mərkəz

Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?

Dünya diplomatiyasında növbəti gərgin həftə başlayır. Bu dəfə danışıqlar masasının arxasında yalnız amerikalılar və ukraynalılar toplaşmır. Avropa öz gələcəyinin müzakirəsində iştirak etmək niyyətindədir. Axios-un məlumatın


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər azerbaycanda son xeberler en son xeberleri xəbər.az