FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər' - Deputat

FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər' - Deputat"FETÖ terror təşkilatı ənənəvi terror təşkilatlarından ciddi şəkildə fərqlənir. FETÖ terror təşkilatının hədəfi bir millətin siyasi şüurunu manipulyasiya etməyə xidmət edir. Bu isə çox təhlükəlidir. Məsələ ondandır ki, bu məqsədlərə nail olmaq üçün FETÖ terror təşkilatının müxtəlif fəaliyyət mexanizmləri var".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
O bildirib ki, FETÖ-nun Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır:
"Cəmiyyətin siyasi şüuru manipulyasiya edərək, öz "müridlərini" ziyalı, islahatçı, yüksək təfəkkürlü insanlar kimi təqdim etməklə onları hakimiyyətə gətirmək məqsədi güdürlər. Onların ətrafında müəyyən güc formalaşdırmaq və bununla da milli dövləti yıxmaq istəyirlər. Ona görə düşünürəm ki, son günlər Azərbaycan mətbuatında müzakirə olunan FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər. Bunlardan biri ciddi ideoloji manipulyator, ikincisi siyasətçi və islahatçı obrazı yaradaraq, Azərbaycan cəmiyyətinə təqdim olunan Qubad İbadoğlu, üçbucağın sonuncu həlqəsi təşkilatın maliyyə tərəfini təmin edən Mənsimov ola bilər. Ancaq bunlar bir ehtimaldır. Düşünürəm ki, Azərbaycan mətbuatında müzakirə olunan bu məsələlər xüsusi xidmət oraqanlarımız üçün bir mənbə rolunu oynamalıdır ki, məsələ istiqamətində araşdırma aparılsın. Azərbaycan cəmiyyətini qane edəcək, obyektiv məlumatlar verilsin. Bu iddialar yanlışdırsa da, cəmiyyətə bildirilsin".
Deputat hesab edir ki, FETÖ terror təşkilatının milli dövlətlər üzərində hegemoniya qurmaq cəhdləri mövcuddur:
"Türkiyədə 15 iyul hadisələrində şahidi olduq ki, bu terror təşkilatı nə qədər qorxunc bir təşkilatdır. Cəmiyyəti necə asanlıqla manipulyasiya edə bilir. Qeyd etdiyim kimi, Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır. Müvafiq qurumlarımız dərhal onları ifaş etməlidir. Azərbaycanın tarixi ədaləti bərpa etməsi bizim düşmənlərimizin xoşuna gəlmir. Sülh danışıqları ərəfəsində Azərbaycan hakimiyyəti üzərində təzyiq qurmaqla, onu zəiflətmə cəhdləri qəbuledilməzdir. Burada medianın da üzərinə böyük iş düşür ki, kimlərin bu məqsədlərə xidmət etdiyini Azərbaycan cəmiyyətinə çatdırıb, FETO ilə bağlı maarifləndirmə işləri aparsınlar".
Gülay

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər