FHN-dən hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQMilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 8-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
azxeber.com xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Təhlükə zamanı 112-yə zəng edin!

Sosial       Tarix: 06 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı

Mütəxəssislər uzun müddət toxluq hissi yaradaraq gün ərzində artıq qida qəbulunun qarşısını alan qidaların siyahısını açıqlayıblar. -a istinadən xəbər verir ki, araşdırmalara görə, zülal və liflə zəngin qidalar aclıq hissin

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber valyuta mezennesi banklar valyuta məzənnələri kriminal xeberler