FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir

FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edirFövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində Nazirliyin yarışlarda uğur qazanmış əməkdaşları və idmançıları ilə görüş keçirilib.
FHN-dən Publika.az-a verilən məlumata görə, görüşdə nazirliyin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni Toğrul Mikayılovu, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənlini və FHN-in taekvando komandasının idmançısı Tamerlan Yaqubovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 07-08 dekabr 2019-cu il tarixlərində Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 32 ölkədən 500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı Mərkəzin əməkdaşı gizir Elvin Məmmədovun rəhbərliyi altında yüksək nəticə göstərib.
FHN-nin taekvandoçusu Tamerlan Yaqubov 29 kq çəki dərəcəsində 4 döyüş keçirərək turnirin gümüş medalına layiq görülüb.
10-13 dekabr 2019-cu il tarixlərində Ukraynanın Xarkov şəhərində Sanda döyüş növləri üzrə Dünya çempionatı keçirilib. Turnirdə 45 ölkədən 1000-dən çox idmançı iştirak edib. Yarışda FHN-in əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 65 kq çəki dərəcəsində və Xüsusi Riskli Xilasetmə Xİdmətinin N saylı hərbi hissəsinin baş sürücüsü gizir Təbriz Qasımov 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da, Toğrul Mikayılov 5 qat dünya çempionu adını qazanıb.
13 dekabr 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi idman növü üzrə "Respublika Kuboku" açıq birinciliyi keçirilib. Yarışda 40 komandadan 140-dən çox idmançı mübarizəyə qoşulub. FHN-nin İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənli bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İmdançımız Azərbaycan Qol Güləşi Federasiyasının diplom və medalı ilə təltif olunub. /publika.az

İdman       Tarix: 20 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri kriminal bugun son xeberler 2026 son xeberler bugun