Fidan Ağayeva GSM-nin yeni sədri oldu
"GSM – Gənclərin Sosial tərəfdaşlığı Mərkəzi"nin baş tutan növbəti hesabat-seçki konfransında Mərkəzin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
Mərkəzin yeni sədri ictimai sektorda uzun illər aktiv fəaliyyət göstərən, təlimçi və sosial işçi kimi müxtəlif layihələrdə çalışan, psixoloq Fidan Ağayeva seçilib.
Fidan Ağayeva ictimai fəaliyyətinə 2010-2014-cü illər ərzində təhsil aldığı Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olaraq başlayıb.
Gənclər siyasəti sahəsində bir sıra nəzəri və maarifləndirici layihələrin rəhbəri olub.
2011-2013 "İslahatçı Gənclər" İctimai Birliyinin Psixologiya Mərkəzinin direktoru, 2013-2014-cü illərdə "İrəli" İctimai Birliyinin "Psixologiya Akademiyası" adlı layihənin rəhbəri olaraq çalışıb.
2021-ci ilin mart-sentyabr ayları ərzində "Davam" Gənclər Hərəkatının "Gənclər arasında intihar hallarının artması ilə bağlı Araşdırma-Sorğu-Hesabat" layihəsinin eksperti olaraq çalışıb. Gənclər siyasəti sahəsində 100-dən çox təlim, konfrans və layihədə təlimçi-ekspert kimi iştirak edib.
2015-ci ildən bu günə qədər özəl psixologiya mərkəzlərinin birində peşəkar psixoloq fəaliyyəti ilə məşğuldur. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi