Fidandan SENSASİON AÇIQLAMA: ABŞ-İran müharibəsi bu tarixdə BİTƏCƏK
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi regionunda davam edən genişmiqyaslı müharibənin gedişatı və mümkün sonu ilə bağlı mühüm bəyanatlar verib. Nazir bölgədəki hərbi gərginliyin nə vaxt yekunlaşacağına dair konkret vaxt intervalı göstərib.
KONKRET.az xəbər verir ki, Hakan Fidan regiondakı müharibənin daha 2-3 həftə davam edə biləcəyini, lakin münaqişənin dayandırılmasında əsas həlledici amilin ABŞ-ın mövqeyi olacağını vurğulayıb. Onun sözlərinə görə, İsrail Vaşinqtona təzyiq göstərərək atəşkəs razılaşmasının əldə olunmasına mane olmağa çalışır ki, bu da münaqişəni daha da uzada bilər. Fidan həmçinin ABŞ və İsrailin mövqeləri arasında müəyyən fikir ayrılıqlarının yarandığını da diqqətə çatdırıb.
Türkiyənin baş diplomatı qeyd edib ki, döyüşlərin davam etdiyi bir şəraitdə real danışıqların aparılma ehtimalı olduqca aşağıdır: "Problem müharibəni dayandırmaq üçün planların olmaması deyil. Problem ondadır ki, İsrail sülh istəmir".
Fidanın fikrincə, İsrail İrana daha böyük zərər vurmaq üçün münaqişəni qəsdən uzatmağa meyllidir və bu strategiyaya ABŞ-ın verəcəyi reaksiya həlledici rol oynayacaq. Nazir sonda əlavə edib ki, Türkiyənin təklif etdiyi həll yolları regionda sabitliyin bərpasına yönəlsə də, bəzi güclərin sabitlikdən daha çox öz dominantlığını və maraqlarını üstün tutması real dialoqun qarşısını alır.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK