FIFA: "Yaxın aylarda futbol oynamaq əlverişli deyil"
UEFA hazırkı mövsümlə bağlı fikrini dəyişib.
Publika.az-ın məlumatına görə, bu barədə FIFA Şurasının üzvü Maykl D Huq "Daily Record"a açıqlamasında bildirib.
Belçikalı funksioner bildirib ki, Avropa futbol qurumunun viroloqla məsləhətləşdikdən sonra futbol mövsümü ilə bağlı fikrini dəyişdirdiyini iddia edib: "UEFA-nın fikrini dəyişdiyi barədə məlumat var və bu, çox yaxşı bir şeydir, çünki insanların həyatları təhlükədədir. Sizə zəmanət verirəm ki, futbol komandaları məşqlərə başlasalar, koronavirus testləri müsbət nəticə verəcək. O zaman bütün komandaları karantinə almaq lazım gələcək. Belçikada deyirlər ki, azarkeşsiz futbol kolbasasız Frankfurta oxşayır".
D Huqun fikrincə, hazırda futbolçuların sağlamlığı üçün real risk mövcuddur. Bu, oyunçuların bir-biri ilə təmasa girmələrindən yarana bilər: "Gəlin, gözləyək və futbol yenidən azarkeşlərlə təhlükəsiz elan olunduqdan sonra oynamağa başlayaq. Yaxın bir neçə ayda futbol oynamaq əlverişli variant deyil. Mən bu barədə UEFA-ya məlumat vermişəm və əminəm ki, onlar indi bunu yaxşı anlayırlar".
Qeyd edək ki, UEFA avrokubokları qeyri-müəyyən müddətə təxirə salıb. Qurum bütün yerli və beynəlxalq yarışların başa çatdırılmasını istəyir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır