Finlandiya "Faberlic"in hesablarına həbs qoydu
Finlandiya Aİ-nin sanksiyalarına əsasən, "Moskovskiy Komsomolets"in (MK) baş redaktoru Dmitri Qusev və Dövlət Dumasının deputatı Aleksey Neçayevin təsis etdikləri "Faberlic" şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, fevralın 22-də Dövlət Dumasının digər deputatları kimi, Neçayev də Prezident Vladimir Putinin "DNR" və "LNR"in müstəqilliyinin tanınması təklifini dəstəkləyib. Bundan sonra Aİ Dumanın bütün deputatlarını sanksiyalar siyahısına daxil edib.
Bu qərar isə Finlandiyanın ayrıca sanksiyalar tətbiq etməsi ilə nəticələnib.
Mayın 4-də məhkəmə icraçısı "Faberlic"in ölkədəki ödənişlərinə qadağa qoyub və şirkətin Finlandiya bankı hesabındakı vəsaitlərinə həbs tətbiq edib.
"Təcrübədə bu o deməkdir ki, Rusiya şirkəti öz pullarını gözləyən dörd Finlandiya nümayəndəsinə ödəniş edə bilməyəcək", – deyə bununla bağlı açıqlama verilən mənbələrdə bildirilir.
Burada söhbət əsasən bir neçə yüz avroluq məbləğlərdən gedir və görünür, bu məbləğə "Faberlic"in şəbəkə marketoloqlarının qonorarları daxildir.
Aprelin sonunda hakimiyyət orqanları həmçinin "Moskovskiy Komsomolets"in baş redaktoru və sahibi Pavel Qusevə qismən məxsus olan iki obyektin də fəaliyyətini dayandırıb.
Aİ həmçinin ona qarşı da sanksiyalar tətbiq edib və bunu "MK"nın Kremlin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərini dəstəkləməsi ilə əsaslandırıb.//Oxu.az

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Bakı neftinin qiyməti 82 dolları ötdü
Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur