Finlandiya rusların ölkəyə girişini məhdudlaşdıracaq
Finlandiya hökuməti sentyabrın 29-dan 30-na keçən gecə rusların ölkəyə girişinə məhdudiyyət qoyacaq.
KONKRET.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti yazıb.
Nəşrin məlumatına görə, qərar bu gün elan olunacaq.
Bildirilib ki, giriş məhdudiyyətləri koronavirusa bənzəyəcək. Yaxın qohumlarını ziyarət etmək istəyən, təhsil və iş məqsədi ilə daxil olan şəxslərə giriş icazəsi veriləcək.
Həmçinin məhdudiyyətlər diplomatlara və müxalifətçilərə təsir etməyəcək.
Ötən həftə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Helsinki rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib. Ölkə həmçinin öz ərazisindən digər Aİ ölkələrinə tranziti məhdudlaşdırmağı planlaşdırır. Əmlak sahibləri üçün imtiyazlı vizalar çox güman ki, ləğv ediləcək.
Qeyd edək ki, Finlandiya Rusiyanın açıq quru sərhədinə malik olduğu yeganə Aİ ölkəsidir. Sentyabrın əvvəlində Latviya, Litva, Estoniya və Polşa rusların ölkəyə girişini məhdudlaşdırıb.
İqbal Rzayev,
KONKRET.az

AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Bu ərazilərdə işıq olmayacaq
İlham Əliyev Malavi liderini təbrik etdi
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
Messi iki rekorda imza atdı
Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
15 yaşlı qız itkin düşdü
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Sabirabadda güllələnmiş kişi meyiti tapıldı
Yumurtanın təzə olub-olmadığını necə yoxlamaq olar?
İyulun 10-da su kəsiləcək - Bu ərazilərdə
Bu şəxslərin beyni daha gec qocalır - ARAŞDIRMA