Firəngiz Mütəllimova Rasim Balayevə yazdığı məktubundan danışdı: "Onu hələ də saxlayıb, cırıb atmayıb

Firəngiz Mütəllimova Rasim Balayevə yazdığı məktubundan danışdı: Firəngiz Mütəllimova Rasim Balayevə yazdığı məktubundan danışdı: "Onu hələ də saxlayıb, cırıb atmayıb"
"Dəvətlər gəlir, amma hər seriala çəkilmək istəmirəm. Bundan sonra yalnız mən seçim edəcəyəm, məni seçməyəcəklər. Demək olar ki, sənətdə addımlayandan özüm seçim edirəm. Səmimi deyim, "Bəyin oğurlanması" filmindən sonra nəyəsə çəkilməyə dəyərdi? Əlbəttə ki, yox! Elə o bəsdir də. Sonra "Qala" filminə çəkildim. Arzum idi Rasim Balayevlə oynayım, şükür Allaha ki, bu arzumu da Allah yerinə yetirdi. 7-ci sinifdə oxuyanda bütün qızlar kimi onu mən də sevirdim. Tələbə olanda da onunla birgə çəkilmişəm. Ona məktub da yazmışdım. Rasim Balayev mənim o məktubumu saxlayıb, cırıb atmayıb".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O, daha sonra efirlərə çıxmamağının səbəbindən danışıb.
"Efirlərə çıxmıram, məlum səbəb var. Bilirsiniz ki, qardaşım dünyasını dəyişib, ili hələ çıxmayıb. Sözün düzü, bu məsələni heç qabartmaq da istəmirəm. Sadəcə çox sual verirlər, verilişlərə dəvət edirlər, amma getmirəm. Bu, mənim dərdimdir. Hamının başına gələ bilər. Həyatdır, bir üzümüz gülür, bir üzümüz ağlayır. Qardaşımın ili çıxandan sonra verilişlərə çıxacağam. Heç kimdən küsməmişəm, heç kim də məni küsdürməyib" deyə sənətkar bildirib.
Xalq artisti gənclərə hər zaman dəstək olduğunu bildirib.
"Teatra gələn yeni gənclərə çalışıram qayğı göstərim, dəstək olum. Hər gəncə də demərəm, ehtiyacı olana yol göstərərəm. Yol göstərmişəm, nəticəsini də görmüşəm. Öz gəncliyimi gözümün qabağına gətirirəm. Mən də gənc olanda çoxundan dəstək gözləyirdim. O dəstəkləri görürdüm də. Heç kim bilmir ki, Allah onun alnına nə yazıb? Özü də sənət aləmində. O qədər istedadlı insanlar olub, amma hanı? Yoxdurlar! Şans da hər insana verilmir", - deyə sənətkar bildirib. / oxu.az

Şou Biznes       Tarix: 24 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun meherremlik 2026 son xeberler 2026 valyuta mezenesi