"Forbes": "Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi
Rusiya ordusu Ukrayna münaqişəsində Azərbaycan hərbçilərinin müharibədəki (ikinci Qarabağ müharibəsi-red) təcrübəsindən yararlana bilərdi.
azxeber.com report-a istinadən xəbər verir ki, bu, "Forbes"in Rusiya ordusu barədə analitik yazısında yer alıb.
Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib. Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırıb:
"Rusiyanın köhnə T-55 tankları artilleriyaya çevrilə bilər. Amma bu, yaxşı artilleriya olmayacaq.
Rusiya ordusunun uzun müddət anbarda saxladıqdan sonra Ukraynada cəbhə xəttində istifadəyə çevirmək üçün çıxardığı 70 yaşlı T-54 və T-55 tankları, ehtimal ki, Ukrayna ordusunun öz tankları ilə birbaşa döyüşdə tab gətirə bilməyəcək".
Lakin dörd ekipaj üzvü, 800 at gücünə qədər mühərrikləri və 100 mm-lik topu olan 40 tonluq T-54/55 tanklarının döyüşü Rusiya hərbçilərinind üşündüyü kimi olmaya bilər:
"Rusiya ordusu qədim tanklardan tank kimi deyil, artilleriya kimi istifadə edə bilərdi. T-55 tankdan iki dəfə uzaq, daha dəqiq, daha sürətli və daha uzun atəş aça bilən xüsusi haubitsa üçün zəif əvəzedicidir". Qeyd edilir ki, Ukrayna müharibəsində və digər münaqişələrdə tanklardan artilleriya kimi istifadə edilməsinə dair çoxlu presedentlər var. Ukrayna ordusu yerli istehsal olan T-64 tanklarının üç nəfərlik heyətlərində atəş üsulları tətbiq etməklə haubitsa çatışmazlığını kompensasiya edib. Rusiya ordusu da son vaxtlar, hətta ən yaxşı T-90-ları ilə də belə etdi.
"Yadda saxlamaq lazımdır ki, tank, əslində, zirehə bükülmüş və şassi üzərində hərəkət edən, fırlanan böyük bir topdur. T-54/55 tanklarına gəlincə, bunlar 1944-cü ildə sovet ordusu tərəfindən qəbul edilmiş D-10 tank əleyhinə silahın törəməsi olan D-10T topudur", - məqalədə qeyd edilir.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir