Fotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər ki

Fotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər kiSosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan tikinti işləri ilə bağlı çəkilmiş foto müzakirələrə səbəb olub. İzləyicilər Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsini qınayıblar və şəhərə xoşagəlməz görüntü verdiyini qeyd ediblər. 
Fotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər kiFotonun yayımlanmasından sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.
Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.
Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.
Bəs məsələ ictimailəşməsəydi sözügedən tikinti davam edəcəkdimi? Ümumiyyətlə paytaxt Bakıda və bölgələrdə qeyri-qanuni tikililərin artmasına səbəb nədir? 
Fotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər kiazxeber.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, nəzarətsizlik sözügedən problemin əsas qaynağıdır:
"Azərbaycanda nə qədər qəribə səslənsə də, ondan çox hökümət və dövlət qurumu var ki, tikintiyə nəzarət etmə səlahiyyətinə sahibdir. Məntiqlə düşünsək, bu cür hadisə birinin gözündən qaçırsa, ən azından digəri bunu görməli və qanunsuz tikililərin həyata keçirilməsi zamanı maneəçilik törətməlidir. Amma biz bunun tamam əksini görürük. Hazırda Bakı şəhərində 400 min, bəzi məlumatlara görə isə 500 min sənədsiz ev var. Bakıdan kənarda da şəxsi tikililər var ki, onların heç birinin sənədi yoxdur. Onda da suallar yaranır, əgər ölkədə ondan çox hökümət orqanın nəzarət etmə funksiyası varsa, bu evlərin və obyektlərin tikintisinə kimlər göz yumur? Deməli nəzarət zəifdir, ortada korrupsiya faktları var. Digər başqa ölkələrin təcrübəsinə baxanda bu proses seçilmiş bələdiyyələrin nəzarətində olur. Məsələn qardaş ölkə Türkiyədə bələdiyyələr qanunsuz tikintilərə imkan vermir, bu məsələni tam nəzarətində saxlayır. Bələdiyyə sədri seçkili orqan olduğu üçün işlərini yaxşı görməyə çalışır. Bizdə tikinti sahəsini gələcəkdə yaradılacaq və ya yaradılmalı olan böyük şəhər bələdiyyələrinə həvalə etmək, seçilmiş orqanlara tapşırmaq daha doğru olar".
Fotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər kiMövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyri-qanuni tikililərin sayının çoxalmasını sənədləşmə problemlərindən qaynaqlandığını bildirib:
"Bakıda qanunsuz tikililərin sayı artır. Qanunsuz tikinti edənlərin də sayı kifayət qədər çoxalıb. Əlavə olaraq, insanlar başqa vasitələrdən, daha dəqiq desək dostdan-tanışdan gözlərini yummalarını xahiş edərək bu tikintilərin reallaşması üçün çalışır. Səbəb isə hazırda tikinti prosesinin qəliz olmasıdır. Bu proses çox çətinləşdirilib və hələ ki, asanlaşacağı da görünmür. Bəzən də vətəndaş tikilini qanuniləşdirmək, sənəd almaq üçün çox əziyyət çəkir və çox vaxt da bunu etmək iqtidarında olmur. Həmin yerlə bağlı qərarlar dəyişir və yaxud həmin yerin xəritəsində, sənədində çatışmazlıq ortaya çıxır. Tikinti aparan şəxs tikintisini aparmaq niyyətində olduğu üçün qanunsuz yola əl atır. Təbii ki, mən bunu bəyənmirəm. Bütün bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçün bir siqnal olmalıdır. İnsan dəli deyil ki hansısa tikinti aparsın, sonra da onu söksünlər. Demək ki, o adam torpağını sənədləşdirə bilmədiyinə görə, məcburdur ki, qeyri-qanuni yollara əl atsın".
Deputat sonuncu dəfə Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) aparılan tikinti işinin ictimailəşəndən sonra dayandırılmasını belə izah edib:
"Nəzarət edən şəxslər belə tikintilərin əvvəldən başlanmasını da görürlər. Bakıdan kənarda hər hansısa bir tikinti etsən, o dəqiqə gəlib başının üstündə durarlar. Hər bir şey bilinir və görünür. Amma bəzən o yerlər çox böyük adamlara məxsus olur, buna kimlərsə susur. Bəlkə tikintini aparan şəxs özü də qeyri-qanuni iş görmək istəməz, onun da hər hansısa sənədləşmə problemləri ola bilər. Bəlkə də hər hansısa qurum ona icazə verir ki, tikintini et, daha sonra sənədləşdirərsən. Tikinti ilə bağlı insanlara bir rahatlıq vermək lazımdır, proses yüngülləşdirilməlidir. Amma biz hələ ki, bu prosesin tam əksini görürük".
Ayşən Mirzəyeva
Fotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər kiFotosu çəkilməsəydi 'Tarqovıda'kı qanunsuz obyekt tikiləcəkdi? - 'Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər ki

Sosial       Tarix: 23 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler bugun 2026 canli cəbhədən son vəziyyət sonxeberler