"Fox News"un aparıcısı Baydeni cinayətdə İTTİHAM ETDİ
"Fox News"un aparıcısı Taker Karlson ABŞ Prezidenti Co Baydeni miqrant axınında ittiham edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, aparıcı bunu ABŞ-a qarşı ən böyük cinayət adlandırıb.
"Bayden administrasiyası açıq sərhədlərimizlə bağlı heç nə etməyib. Düzünü desəm, seçki yaxınlaşdıqca vəziyyət daha da pisləşib", – deyə Karlson bildirib.
Telekanalın müxbiri meksikalı miqrantların ABŞ-a çatmaq üçün Rio-Qrandedən keçməsini əks etdirən dron görüntülərini yayımlayıb.
"Bu, ölkəmizin tarixində indiyə qədər törədilən ən böyük cinayətdir", – aparıcı videoya şərh verib.
Qeyd edək ki, noyabrın 8-də ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Sosioloji araşdırmalara görə, qeyri-qanuni miqrasiya amerikalılar üçün ən vacib məsələlərdən biridir.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü