Fransa bu prosesinin inkişaf perspektivlərinə zərər yetirir - Elçin Əmirbəyov
Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf perspektivlərinə zərər yetirir.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu "BBC" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
"Fransa BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ), Avropa Parlamenti və Beynəlxalq Frankofoniya Təşkilatı kimi bir sıra beynəlxalq platformalarda aparıcı rolundan sui-istifadə edərək son zamanlarda daxili gündəmindən irəli gələn olduqca qərəzli anti-Azərbaycan təşəbbüsləri irəli sürür. Fransa təkcə öz nüfuzunu və Aİ-nin nüfuzuna xələl gətirmir, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf perspektivlərinə zərər yetirir və Cənubi Qafqazda təhlükəsizliyi zəiflədir. Fikrimcə, həm Ermənistan, həm də Azərbaycan bu qarşıdurmadan yorulub və indi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra sülh gündəmini irəli sürmək və şərait imkan verərsə, həmçinin xarici amillər və oyunçular bizi bundan yayındırmazsa, ola bilsin ki, ilin sonunadək sülh sazişi layihəsi üzrə danışıqları yekunlaşdırmaq üçün böyük şans yaranıb", - o deyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft həftəni bu qiymətlə başladı
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər