Fransa reallığı qəbul edir

Fransa reallığı qəbul edir Erməni revanşist qüvvələr isə...
Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasını tək  sözdə deyil, əməli fəaliyyətdə göstərməkdədir. Ikinci Vətən müharibəsindən 2 ilə yaxın zaman keçməkdədir. Bu dövr ərzində Azərbaycan beynəlxalq platformalarda sülhə hazır olduğunu, regionun iqtisadi və isyasi stabilliyinin möhkəmlənməsi üçün əlindən gələnini edəcəyini bəyan edib. Bu yaxınlarda prezident İlham Əliyev söylədi ki, Ermənistan elə bilməsin biz daima onlardan sülh tələb edəcəyik, bunu regionun gələcəyi üçün edirik. Ermənistanin Baş naziri Nikol Paşinyan da ötən ilin dekabr ayında sülh sazişi ilə bağlı pozitiv bəyanatlar verməklə yadda qaldı. Lakin fevralın 5-də Ermənistanda terror təşkilatı "Daşnaksütyun"un 131 illiyinə həsr olunmuş təmtəraqlı mərasimdə səslənən kin dolu çıxışlar Paşinyanın dediklərinə kifayət qədər müxalif olan və sülhə hazır olmayan siyasi elitanın olduğu sübut olundu. Müxalifət partiyasından seçilmiş Vitse-spiker İşxan Saqatelyan çıxışı zamanı Ermənistanın türkləşdirilməyəcəyi və "Artsax"-ın bərpa olunacağını vurğuladı. Mərasimdə məğlubiyyətdən çıxış yolu kimi yeni mübarizə hərəkatının yaradılması ideyası təşfiq olunurdu. Əsas maliyyə təminatı təbii ki erməni diasporasıdır. Ümumiləşdirsək, Ermənistan əgər sülh sazişi bağlayarsa, bunun kağız parçası kimi qəbul edəcəkləri istisna deyil. Ermənistan davamlı şəkildə öz kin-küdurətini yaydığı halda, Azərbaycan regionun daha da inkişafı üçün müxtəlif spektrli layihələrin icrası ilə bağlı fəaliyyətlər həyata keçirməkdədir. 
Belə ki, fevralın 4-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçirildi. Konfransda səslənmiş fikirlər arasında Azərbaycanla strateji tərəfdaşlığın mühüm olduğu vurğulanmış, Aİ tərəfindən Azərbaycanın enerji təhlükəsizliyində fəal roluna görə təşəkkür bildirilmişdir. Fevralın 4-də isə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Müharibə dövründə kəskin və qərəzli bəyanatları ilə yadda qalan E. Makron mövcud reallığa söykənən mövqeyi artıq Azərbaycanın maraqlarını təmin edir. Çünki davamlı sülhün bərqərar olması, Zəngəzur dəhlizinin açılması, azad olunmuş ərazilərdə minalardan təmizlənmə işləri bizim üçün böyük önəm daşıyır. Prezident İlham Əliyev də çıxışların birində qeyd etmişdi ki, Fransa artıq reallığı qəbul edir,Fransa ilə normal münasibətlərə qayıtmaq imkanı var. Azərbaycan keçmişlə deyil, gələcək sosial-iqtisadi rifaha söykənən siyasət həyata keçirir. Vurğulanmalıdır ki, sözügedən məsələlərdə iqtidarla-xalqın mövqeyi tam üst-ustə düşür. Ermənistanla bağlı isə bunu deyə bilmirik. Erməni revanşist və şovinist qüvvələr "Daşnaksütyün", digər müxalifət partiyaları və ya diaspora təşkilatları simasında Cənubi Qafqaz regionundə növbəti müharibəni istisna etmirlər. Bu fikirlərə onları həvəslindən əlbəttə Şimal-qərb qüvvəlləri vardır.Biz isə öz növbəmizdə təmkinlə bu qüvvələr qarşı mübarizəni dəqiq informasiya mübadiləsi əsasında aparmalı, erməni şovinistlərinə psixoloji təzyiqləri artırmaq üçün klassik və yeni media alətində ciddi şəkildə istifadə etməliyik.
Gülsel Səfərova

Siyasi       Tarix: 08 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat xeber az xeberler bugun 2026 apa.az xeberler