Fransa Rusiyanın 22 milyard, şəxsi hesablardakı 150 milyard avrosunu DONDURDU
Fransa Rusiyanın 22 milyard avro ehtiyatını, şəxsi hesablarındakı daha 150 milyard avronu dondurub.
KONKRET.az xəbər verir ki, bloklamanı RTL-də Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire elan edib.
Fransa Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibəyə görə tətbiq etdiyi sanksiyalara görə, Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurub. Bu cür tədbirlər Rusiya üçün xarici maliyyə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir, üstəlik, Rusiya Federasiyası öz ehtiyatlarını saxlaya bilmir. Daha 150 milyard avro isə şəxsi hesablarda bloklanıb.
Bundan əlavə, onun sözlərinə görə, rusların şəxsi vəsaitləri də dondurulub.
"Biz Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurduq. Biz həmçinin Fransa qurumlarında fiziki şəxslərin hesablarındakı 150 milyard avro məbləğində vəsaiti dondurduq", – deyə bildirib.
Həmçinin, Le Mairenin sözlərinə görə, Fransada "yarım milyard avro" dəyərində 30-a yaxın rusa məxsus daşınmaz əmlak dondurulub.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti