Fransa səfiri Kəlbəcərdə həlak olan media işçiləri ilə bağlı başsağlığı verdi
Fransanın Azərbaycandakı səfiri Zakari Qros azərbaycanlı media işçiləri Sirac Abışov və Məhərrəm İbrahimov onları daşıyan avtomobilin Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində həlak olmaları ilə bağlı başsağlığı verib.
Azxeber.com-un məlumatına görə, diplomat bu barədə tvitter səhifəsində yazıb.
"Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşməsi nəticəsində həlak olmaları xəbəri məni çox kədərləndirdi. Onların yaxınlarına başsağlığı diləyirəm", - Z.Qros qeyd edib.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir