"Fransa və Almaniya Ukraynanın qələbəsindən QORXUR" - Rusiyalı politoloqdan AÇIQLAMA

Fransa və Almaniya hakimiyyəti Ukraynanın qələbəsindən və Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətindən qorxur .
KONKRET.az xəbər verir ki, bu barədə müsahibəsində rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.
"Fransa və Almaniya Ukraynanın qələbəsindən və Putinin məğlubiyyətindən qorxur. Çünki Ukraynanın qələbəsi beynəlxalq münasibətlərin bütün strukturunu, Avropanın təhlükəsizlik strukturunu dəyişəcək. Axı, hər dünya müharibəsindən sonra, gəlin hər şeyi öz adı ilə çağıraq, bu, dünya müharibəsidir, yeni strukturu qaliblər müəyyənləşdirir",- Piontkovski izah edib.
Politoloq hesab edir ki, Almaniya və Fransa bu yeni sistemdə öz geosiyasi çəkisini itirəcək.
"Axı fransızlar daim "grandeur de la France" – "Fransanın əzəməti"ni təkrarlayırlar, bununla da İkinci Dünya Müharibəsini biabırçı şəkildə uduzduqlarını və böyük dünya dövləti statusunu itirdiklərini kompensasiya edirlər. Onların şişirtdikləri süni "grandeur de la France" həmişə ondan ibarətdir ki, onlar hansısa yolla amerikalıların işini korlayırlar və Kremllə flört edirlər", – ekspert bildirib.
Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə bəyan edib: "Mən vasitəçi ola bilərəm, Moskvanın danışacağı yeganə vasitəçi mənəm".
"Qoy onlar özləri danışsınlar. Makron vasitəçidir, baxmayaraq ki, diktatorla vasitəçilər heç kimə lazım olmayacaq", – politoloq bildirib.
Onun sözlərinə görə, almanların marağı daha çox iqtisadi və biznesdir. Ona görə də onlar imtiyazlı iqtisadi əlaqələr və ucuz qaz üçün Kremlə xidmət edir, üstəlik, əməlli-başlı varlanırlar.
"Ona görə də bu iki ölkə təsvir yaradır ki, gəlin Putini əsəbləşdirməyək, birdən nüvə silahından istifadə edər. Daha heç kim bu şantajdan, Putinin nüvə bombasından qorxmur. Fransa və Almaniya Ukraynanın qələbəsindən və onun beynəlxalq münasibətlərdə yeni rolundan və Kremlin imtiyazlı avropalı fahişələri rolunu itirməsindən qorxurlar",- Piontkovski bildirib.
Eyni zamanda, politoloq Fransa Prezidentini Putinlə apardığı danışıqlara və "simasını xilas etmək" təklifinə görə tənqid edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun Kreml rəhbəri Vladimir Putin üçün diplomatik çıxış yolu tapmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 13 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun