Fransada iğtişaşlar: 24 polis yaralandı
Parisdən 11 km şimal-qərbdə yerləşən Nanterredə və paytaxtın digər ətraflarında iğtişaşlar zamanı azı 24 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
KONKRET.azxəbər verir ki, bu barədə "CNEWS" telekanalına Paris polisinin rəsmisi Loran Nunes məlumat verib.
Onun sözlərinə görə, Nanterredə 350 polis və jandarma əməkdaşı cəlb olunub. 24 nəfər saxlanılıb, 24 hüquq-mühafizə orqanı əməkdaşı isə yaralanıb.
Hadisə nəticəsində 42 avtomobil yanıb.
O bildirib ki, şəhərətrafı qəsəbələrdə etirazlar iyunun 28-də yerli vaxtla saat 03:30 radələrində başa çatıb.
Qeyd edək ki, etirazlar Nanterredə başlayıb, daha sonra Fransa paytaxtının digər ətraf rayonlarına yayılıb. Etirazçılar asayiş keşikçilərinə daş və butulkalar atıb, zibil qutularını və avtomobilləri yandırıblar. İğtişaşlara səbəb rayonda 17 yaşlı sürücü ilə bağlı insident olub. Belə ki, iyunun 27-də polisin Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlanı güllələdikdən sonra sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb. Güllə atan polis məmuru qəsdən adam öldürməkdə şübhəli bilinərək tutub.
İqbal Rzayev,
KONKRET.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?