Fransadan "Telegram"a təzyiq: Durov "bombanı partlatdı" - Makronu belə İFŞA edib

Fransadan Fransa Telegram vasitəsilə Rumıniya seçkilərinə qarışmaqda ittiham olunur 
Telegram-ın yaradıcısı Pavel Durov Fransanın kiberplatformalara təsir edərək Şərqi Avropa ölkələrində, o cümlədən Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə etməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Fransa xüsusi xidmət orqanlarının rəhbəri Nikolas Lerner bu ilin yazında Parisdə onunla görüşərək Rumıniya və digər ölkələrdəki mühafizəkar siyasi qüvvələrin səsini kəsməyi tələb edib.
KONKRET.az  xəbər verir ki, Durovun bu açıqlamaları Rumıniyada keçirilən prezident seçkiləri zamanı ortaya çıxıb. Bildirilir ki, Paris və Brüssel, ultrasağçı namizədlərin – xüsusilə milliyyətçi Corcesku və Simiounun – seçkilərdə irəliləyişindən narahat olaraq siyasi cəbhədə fəallıqlarını artırıb.
Telegram rəhbəri bildirib ki, bu tələblərə açıq şəkildə "yox" deyib: "Söz və seçki azadlığı ya var, ya da yoxdur. Rumıniya xalqı hər ikisinə layiqdir". Onun sözlərinə görə, hökumət demokratik dəyərləri məhv edərək onları "qorumalı" deyil.
Fransa Xarici Kəşfiyyat İdarəsi (DGSE) Durovun ittihamlarını rədd edib və görüşün məqsədinin terror və uşaq istismarı ilə mübarizə məsələlərini müzakirə etmək olduğunu iddia edib. Lakin Durov bildirib ki, belə mövzular ümumiyyətlə gündəmdə olmayıb, məqsəd siyasi kanallara müdaxilə olub.
Amerikalı milyarder İlon Mask da Durovun mövqeyini dəstəkləyib: "Düzgün edib", – deyə o, X platformasında qeyd edib.
Müşahidəçilər bu hadisəni Fransanın Avropada nüfuz dairəsini qorumaq cəhdlərinin bir parçası kimi qiymətləndirirlər. Rumıniyada ultrasağ qüvvələrin qələbəsi Avropa İttifaqında Fransa və onun tərəfdarlarının liderliyini təhlükəyə ata bilər. Bu səbəbdən, Makron hökumətinin seçkilərə təsir cəhdləri daha çox şəxsi ambisiyalar və geosiyasi narahatlıqlarla əlaqələndirilir.
Qeyd edək ki, bu arada Durov Fransanın Moldo­va və Ukraynadakı proseslərə də Telegram üzərindən müdaxilə etmək istədiyini bildirib. Onun sözlərinə görə, Paris bu platformadan geosiyasi alət kimi istifadə etməyə çalışır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 20 may 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler cəbhədən son dəqiqə son xeberler bugun 2026 canli son xeber.az