Fransanı Avropa çempionu edən baş məşqçi öldü
Fransa millisinin sabiq baş məşqçisi Mişel İdalqo vəfat edib.
Publika.az xəbər verir ki, tanınmış mütəxəssis dünyasını 87 yaşında dəyişib.
Marseldə vəfat edən İdalqonun ailəsi bildirib ki, onun ölümü yayılan koronavirus pandemiyası ilə bağlı deyil. O, üç il öncə vəfat edən dostu əfsanəvi Raymon Kopanın ölümündən sonra heç cür özünə gələ bilməyib.
Futbolçu kimi "Havr", "Reyms" və "Monako"da, həmçinin Fransa yığmasında çıxış etmiş İdalqo 1966-cı ildə karyerasını bitirib. Sonradan "Monako"nun əvəzedici komandasında baş məşqçi, Fransa millisində köməkçi kimi çalışıb.
1976-84-cü illərdə ölkəsinin əsas yığmasına rəhbərlik edən İdalqo Fransaya ilk titulunu Avropa çempionu adını qazandırıb. 1986-1991-ci illərdə "Marsel"də çalışan mütəxəssis 3 dəfə ölkə çempionu olub. İdalqo 2004-06-cı illərdə Konqo DR yığmasını da çalışdırıb.

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu