Fransasız müzakirə, məyus Paşinyan: Brüssel görüşü bir daha Azərbaycanın iradəsini ortaya qoydu

Fransasız müzakirə, məyus Paşinyan: Brüssel görüşü bir daha Azərbaycanın iradəsini ortaya qoydu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş bir daha rəsmi Bakının iradəsini ortaya qoydu.
"Report" xəbər verir ki, Ermənistan Brüsseldə bu formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda Paşinyan yenə də bu formatda iştiraka öz razılıq verməyə məcbur oldu. Paşinyan israrlı şəkildə bu formatda iştirak etməyəcəyini desə də Brüsselə gəlməli oldu.
Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmir. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını sübut edən danılmaz faktdır.
Görüş Brüssel formatının bərpa olunduğunu göstərir. Xatırladaq ki, Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyir, hər iki ölkə buna çalışırdı. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində görüş Brüssel formatında görüş keçirilir.
Ümumiyyətlə Brüssel formatında Azərbaycan özünü üçtərəfli formatda keçirilən görüşlərdə tam rahat hiss edir və hər hansı qərəzli münasibət görmür. Bütövlükdə Aİ ilə Azərbaycan arasındakı münasibətlər normal xarakter daşıyır, amma Fransanın müdaxiləsi prosesə tamamilə başqa məzmun verib. Nəzərə almaq lazımdır ki, son dövrlərdə Aİ-nin öz daxilində Fransanın nüfuzu çox aşağı düşüb. Bu, Emmanuel Makronun Fransada həyata keçirmək istədiyi islahatlar, xalqın buna dirənişi, eyni zamanda Fransanın özünün Afrikada və dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi uğursuz siyasətin bilavasitə nəticəsidir.
Brüssel sülh gündəliyi və Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan, Ermənistan tərəfidir. O ki, qaldı Kişineuda Avropa Siyasi Birliyi çərçivəsindəki Almaniya və Fransanın qatılacağı toplantıya, qeyd edək ki, bu, sırf qeyri-formal daşıyacaq. Çünki hər bir beynəlxalq tədbirlər çərçivəsində kənar müxtəlif tədbirlər keçirilir, görüşlər olur. Belə bir kənar görüş çərçivəsində qeyri-rəsmi şəkildə Almaniya və Fransanın da iştirakı təmin oluna, tərəflər iştirak edə bilərlər. Təbii ki, Almaniyanın iştirakı Azərbaycan üçün normaldır. Çünki Almaniya Azərbaycanla dost tərəfdaş dövlətdir.
Almaniya 30 ilə yaxın işğal dövründə Ermənistanın işğalçılıq siyasətinə qarşı birmənalı mövqe sərgiləyib. Rəsmi Berlin həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Güc tətbiq etməklə sərhədlərin dəyişməsi Azərbaycan üçün məqbul deyil və Almaniyanın da bu prosesə müdaxilə etməsi Fransanın mövqeyini qismən də neytrallaşdırmaq məqsədi daşıyır. Almaniya özü də çox yaxşı başa düşürdü ki, Fransanın müdaxiləsi proseslərə mənfi istiqamətə doğru apara bilər.
Bütövlükdə Brüssel formatı bərpa olunub. Bu görüş də bilavasitə onun nümunəsidir və üçtərəfli xarakter daşıyır: Aİ-Azərbaycan-Ermənistan. Burada söhbət vasitəçilikdən getmir. Sadəcə, Şarl Mişel prosesdə dəstəkləyici rolda və funksiyada çıxış edir. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edir. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, itkin düşmüş şəxslər problemi də aktual xarakter daşıyır. / azxeber.com

Siyasi       Tarix: 14 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler cəbhədən son xeber cəbhədən şad xəbər xəbər.az