Fransaya getmək istəyənlərin NƏZƏRİNƏ - QAYDALAR DƏYİŞDİ
Fransa hökuməti ali təhsilli şəxslərin ölkəyə köçməsilə bağlı kvota tətbiq edəcək.
Bu barədə ölkənin baş naziri Eduard Filip mətbuat konfransında bildirib.
Ümumiyyətlə 2022-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ölkəyə miqrant axınının tənzimlənməsi məsələsinin gündəmdə başlıca yer tutacağı güman edilir.
Sentyabr ayında Fransa prezidenti Emanuel Makron qarşıya imiqrantlara layiqli həyat şəraiti təmin etmək məqsədi qoyulursa, hər istəyəni qəbul etmək iqtidarında olmadıqlarını açıqlamışdı. Belə ki, 2017-ci il prezident seçkilərindən sonra Fransaya köçmək arzusunda olanların çoxaldığını, bununla belə "çox da cazibədar ölkə olmaq lazım deyil" deyən dövlət başçısı Avropa ölkələrinin miqrasiya sahəsində lazımi səviyyədə əməkdaşlıq etmədiklərini də dilə gətirib.
Qeyd edək ki, 2022-ci il seçkilərində E.Makronun miqrantlara qarşı çıxan "Milli Toplantı" partiyasının lideri Marin le Peni əsas rəqib qismində gördüyü bildirilir.
KİV-in məlumatına görə, Fransa rəsmi qurumlarına 2018-ci ildə 122 743 sığınacaq müraciəti təqdim olunub ki, bu da əvvəlki illə müqayisədə 22 faiz çoxdur. (report) /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib