"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq
"Frayburq"un futbolçusu Roland Şallai Almaniyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında oynaya bilməyəcək.
KONKRET.az-ın məlumatına görə, bu barədə macarıstanlı yarımmüdafiəçinin atası Tibor Sallai "Nemzetisport" nəşrinə açıqlama verib.
O bildirib ki, 24 yaşlı oyunçu Bundesliqada V turun "Bayer"lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə aldığı üçün avrokubok görüşünü buraxacaq:
"Hazırda əməliyyata ehtiyac yoxdur. Bir neçə gün evdə yatmalıdır. Gələn həftə yenidən müayinə olunacaq, o vaxtadək dincəlməlidir. Əlbəttə, onun üçün psixoloji cəhətdən ağırdır. Çünki "Qarabağ"a qarşı oynamaq istəyirdi. Amma mümkün olmayacaq. Bir müddət maska ilə mübarizə aparmalı olacaq. Ümid edirik ki, ən qısa zamanda meydana qayıda biləcək".
Qeyd edək ki, "Frayburq" Avropa Liqasında ilk oyununu sentyabrın 8-də evdə "Qarabağ"a qarşı keçirəcək. "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi