"Frontex"in əməkdaşlarının sayı 10 minə çatdırılacaq
Avropa İttifaqına üzv dövlətlər birliyin sərhədlərinin mühafizəsi agentliyinin ("Frontex") əməkdaşlarının sayının 10 minə çatdırılması barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, məsələ ilə əlaqədar üzv dövlətlərin səfirlərinin Brüsseldə keçirilən iclasında kadrlarının sayının 2027-ci ilədək tədricən artırılması barədə razılıq əldə olunub. "Frontex" əməkdaşlarının əsas vəzifələri arasında milli sərhəd xidmətlərini readmissiyalar zamanı dəstəkləmək və üçüncü dövlətlərdə həyata keçirilən əməliyyatlarda iştirakdan ibarətdir.
2015-ci ildə Avropada yaşanan qaçqın və miqrant böhranından sonra Aİ-nin xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi prioritet məsələyə çevrilib. Bu məqsədlə "Frontex" gələcəkdə üzv dövlətləri yaxından dəstəkləməlidir.
Hələ ötən il Avropa Komissiyası 2020-ci ilədək "Frontex" əməkdaşlarının sayının 10 minə çatdırılmasını təklif etsə də, üzv ölkələrin bəziləri büdcə xərclərinin çoxluğuna görə bu təkliflə razılaşmamışdı. "Frontex" əməkdaşlarının sayının artırılması barədə qərar Aİ ölkələrinin maliyyə nazirlərinin noyabrın 8-də keçiriləcək zirvə toplantısında rəsmən qəbul ediləcək. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib