Fuad İsmayılov: "Regionlarda ən azı üç psixoloq fəaliyyət göstərməlidir
Fuad İsmayılov: "Regionlarda ən azı üç psixoloq fəaliyyət göstərməlidir"
İş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır.
Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov bildirib.
F.İsmayılov qeyd edib ki, Mərkəzimizdə olduqca yaxşı mütəxəssislər çalışır. Onların bir çoxu Harvard, Liverpul, Sarbonna, Yenn, Lissabon və digər dünyanın aparıcı universitetlərində təhsil alıb. Belə təhsil diaqnostik və müalicə fəaliyyətinin yüksək keyfiyyəti deməkdir. Lakin bu hal müəyyən çətinliklər də yaradır:
"Məsələ ondadır ki, bir çox dövlət müəssisələri bizim rəyimizə etibar edərək pasiyentləri təkrar müayinə və ya diaqnozun təsdiqlənməsi üçün Mərkəzimizə yönləndirirlər. Bir tərəfdən biz təbii ki, belə münasibəti yüksək qiymətləndiririk. Lakin digər tərəfdən bu hal mütəxəssislərimizin onsuz da ağır iş yükünü bir qədər də artırır. Bu zaman mütəxəssislər məcburdur ki, vaxtının çoxunu müayinə prosesinə deyil, kağız işinə sərf etsin. Bundan əlavə, iş həcminin artması əlavə psixiatr, klinik psixoloq və sosial işçi ştatına ehtiyac yaradır. Bu mütəxəssislərin bir çoxu uşaq və yeniyetmələrə yardım göstərdiyi üçün onlar hərbçilərə yardım işinə cəlb edilə bilməz.
Kadr təminatından bəhs etdikdə regional psixoloji yardım mərkəzlərinə mütəxəssislərin qəbulunun necə həyata keçirilməsi məsələsi bizi narahat edir. Regionlarda ən azı 2-3 psixoloq fəaliyyət göstərməlidir. Heç kim üçün sirr deyil ki, Bakıdan fərqli olaraq regionlarda belə mütəxəssislərin çatışmazlığı ola bilər. Fikrimcə regional psixoloji yardım mərkəzlərində işləməyə razı olan psixoloqlar üçün magistratura pilləsində ödənişsiz əsaslarla klinik psixologiya yerlərinin təqdim edilməsi yolu ilə bu məsələni həll etmək olardı. Bununla onların işə cəlb edilməsi üçün əlavə stimul yaranacaq". /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi