Fuat Oktay İlham Əliyevi təbrik edib
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
azxeber.com xəbər verir ki, məktubda deyilir:
Zati-aliləri cənab Prezident.
Dost və qardaş Azərbaycan xalqının azadlığa, müstəqilliyə sarsılmaz inamının rəmzi olan 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Zati-alinizi, Azərbaycan Hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini minnətdarlıq və ehtiramla yad edirəm.
Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi böyük nailiyyətlər nəticəsində Vətən torpaqlarının azad edilməsi tarixə müstəsna bir Qələbə kimi daxil olub. Bu şanlı Zəfər təkcə Azərbaycan xalqı üçün deyil, eyni zamanda, bütün türk dünyası üçün qürur və sevinc mənbəyidir.
Dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin "Bir millət, iki dövlət" şüarı ilə bütün sahələrdə daha da möhkəmlənəcəyinə inamım qətidir. Əminəm ki, yüksələn Türkiyə və Azərbaycan öz bölgələrində sülh, sabitlik, inkişaf və rifahın təmin edilməsində ən fəal ölkələr kimi səylərini davam etdirəcəklər.
Zati-aliləri, bu bayramlar münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK