Futbolçudan KOBUDLUQ - Qadın hakimin başına yumruq vurdu - VİDEO

Futbolçudan KOBUDLUQ - Qadın hakimin başına yumruq vurdu - VİDEOArgentinada futbolçu gözləniləməz və alçaq hərəkət edib. O, qaçaraq arxadan qadın hakimin başına yumruq vurub.
KONKRET.az xəbər verir ki, Argentinada həvəskarlar liqasının "Qarmense" və "Deportivo İndependensiya" komandalarının Tres Arroyos şəhərində keçirilən oyunu böyük qalmaqalla başa çatıb.
Matçın ikinci hissəsində futbolçulardan biri meydanın mərkəzində kobudluq edib və hakimin fitindən sonra topu meydandan kənarlaşdırıb.
Bu qarşılaşmanı idarə edən 30 yaşlı qadın hakim Dalma Kortadi, fitdən sonra topa vurduğu üçün "Qarmense" klubunun futbolçusu Kristian Tironeyə haqlı olaraq sarı vərəqə göstərib.
Nəticədə meydanda mübahisə yaranıb və davaya çevrilib. Sarı vərəqə alan Tirone hakimi təhqir etməyə başlayıb və o, hakimi meydandan kənarlaşdıraraq ona qırmızı vərəqə göstərib.
Qadın hakim dəftərə futbolçunun adını yazarkən o, arxadan hakimin yanına qaçaraq yumruğunu onun başına vurub.
Şoka düşən Dalma Kortadi zərbədən bir neçə saniyə sonra ayağa qalxıb. Polis nümayəndələri dərhal meydançaya qaçaraq qeyri-adekvat futbolçunu saxlayıblar.
Qarşılaşma dayandırılıb, qadın hakim xəstəxanaya aparılıb. Müayinədən sonra o, evə buraxılıb.
Məlumata görə, qeyri-adekvat "Qarmense" oyunçusu nəinki idmandan uzaqlaşdırılacaq, həm də həbs oluna bilər.
Xuraman Etibarlı,
KONKRET.az

İdman       Tarix: 01 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun bu gune olan xeberler xəbərlər