Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisi ilin sonunadək yekunlaşdırılacaq
Builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Talış kəndinə bir neçə gün əvvəl köçmüş sakinlər bayramı ilk dəfə öz doğma torpaqlarında, evlərində qeyd edirlər. Əlamətdar günlə əlaqədar kənddə gözəl bayram tədbiri təşkil olunub.
Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Talış kəndində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verən E.Hüseynov bildirib ki, bu işlər "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Prosesin davamı olaraq, növbəti mərhələdə 158 ailənin Talış kəndinə köçürülməsi üçün quruculuq işləri davam edəcək. Bu işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Ümumilikdə isə bu ilin sonunadək Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə artıq torpaq işlərinə başlanılacaq, bərpa-quruculuq işlərinə start veriləcək. Bir il, il yarım ərzində bu kəndlər də bərpa olunacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Talış kəndində olduğu kimi, digər kəndlərimizdə də sakinlər sağlam və firavan həyat sürəcəklər". / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi