Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapıldı
"Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb".
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, sonuncu dəfə 2-3 gün bundan öncə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə meyit qalıqları təqdim edilib:
"Mina axtaranlar, prokurorluq işçiləri, təmir-tikinti işləri ilə məşğul olanlar qalıqlar tapanda, bizim əməkdaşlarımız onları qablaşdırıb gətirirlər. Bu qalıqların itkin düşmüşlərə, yoxsa sonrakı dövrdə həlak olmuş şəxslərə aid olduğu bilinmir. Bəzən qabırğa sümükləri gəlir, lakin ondan DNT nümunəsi götürmək olmur. Çünki çürümüş olur. Amma əlimizdə təxminən 300-400 şəxsə aid qalıqlar var. Hələlik konkret neçə şəxsə aid olduğunu demək mümkün deyil".
Ə.Həsənov əlavə edib ki, naməlum şəhid məzarlarından da qalıqlar çıxarılıb:
"Ümumi şəxslərin siyahısına onlar da daxildir. Bu yaxınlarda yenidən axtarış işləri üçün əməkdaşlarımız Füzuli rayonunda idilər. Mayın 16-na qədər qazıntılar aparıldı. Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapıldı / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır