G20 ölkələri Çinin "Bir kəmər, bir yol" layihəsinə rəqib YARADIR
ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı, AB yeni nəqliyyat dəhlizi ilə bağlı razılaşma əldə ediblər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində dünya liderləri Yaxın Şərq və Cənubi Asiyanı birləşdirən dəmir yolları və limanların tikintisinə dair sazişi elan ediblər.
Razılaşma ABŞ Prezidenti Co Baydenin Çinin "Bir kəmər və bir yol" qlobal infrastruktur layihəsinə qarşı durmağa çalışdığı bir vaxta təsadüf edir.
Baydenin sözlərinə görə, layihə təmiz enerji sahəsində sonsuz imkanlar açacaq, həmçinin müxtəlif regionlar arasında yeni kommunikasiyaların qurulmasına imkan verəcək.
Ağ Evin bəyanatında deyilir ki, layihə elektrik enerjisinə etibarlı çıxışı genişləndirmək üçün sualtı kabellərin çəkilməsi, elektrik şəbəkələrinin və telekommunikasiya xətlərinin birləşdirilməsini nəzərdə tutur.
ABŞ rəsmilərinin fikrincə, təşəbbüs Hindistan, Yaxın Şərq və Avropanı birləşdirən yeni nəqliyyat dəhlizi yaradacaq.
ABŞ-ın Milli Təhlükəsizlik Müşavirinin müavini Con Fayner Nyu Dehlidə jurnalistlərə bildirib ki, saziş regionun aşağı və orta gəlirli ölkələrinə fayda verəcək və Yaxın Şərqin dünya ticarətindəki rolunu artıracaq.
İqbal Rzayev,
KONKRET.az

Okampo ifşasının pərdəarxası: Regional sabitliyə qarşı koordinasiyalı hücum
ABŞ və İranın sülh imzalamasına əsas maneə BUDUR - Pezeşkian ilk dəfə ETİRAF ETDİ
Hikmət Hacıyev Kolumbiyanın xarici işlər nazirinin müavini ilə iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür
"SABAH.city"-də ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edildi
Sabah hava necə olacaq? - Proqnoz
Paşinyan Şahin Mustafayevin səfərindən danışdı
Bazarda rekord ARTIM - Neft bahalaşdı
Putin Trampı 9 May Paradına dəvət edib? - Kreml
Qərbin ikiüzlü diplomatiyası, yaxud Ocampo-Borrell planı ilə bağlı şok detallar: Bakı və İrəvan nə etməlidir?
İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi
Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO
Partlayışda ağır yaralanan həkim kimdir? - DOSYE
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi BIÇAQLANDI