Gecə klubunda DAVA: Barmen müştərini DÖYDÜ
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gecə klublarından birində müştərini döyən barmenə hökm oxunub.
KONKRET.az xəbər verir ki, dava müştərinin klubun içərisində, barın arxa hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib.
Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köynəyini dəyişmək üçün klubun ofisiantından yer istəyib. Ofisiant onu barın arxa hissəsindəki otağa istiqamətləndirib.
Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.
Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığına zərər vurub.
Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.//Qaynarinfo

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir