Gələcəkdə əməliyyatlar daha sərt olacaq" - Polkovnik-leytenantdan ermənilərə MESAJ

Gələcəkdə əməliyyatlar daha sərt olacaq"Qanunsuz hərbi birləşmələr anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam etdirərlərsə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq".
azxeber.com xəbər verir ki, bunu "Report"a açıqlamasında qanunsuz hərbi birləşmələrin Qarabağda son təxribatı və Azərbaycan Ordusunun cavab addımlarını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib.
Onun sözlərinə görə, Qarabağ ərazisində həyata keçirilən hərbi əməliyyatların tək səbəbkarı erməni tərəfidir və məsuliyyəti də məhz onlar daşıyır: "Bildiyiniz kimi, separatçıların içində revanşist, təxribatçı qüvvələr çoxluq təşkil edir və onların tək məqsədi Azərbaycan ərazisində asayişi pozmaqdır. Azərbaycan tərəfinin keçirdiyi preventiv tədbirlər nəticəsində müəyyən uğurlara nail olunub və bundan sonra da belə olacaq. Həmin qüvvələrə qarşı keçirilən antiterror əməliyyatları Azərbaycanın beynəlxalq və yerli hüquq tərəfindən qorunan haqqıdır".
İ.Rüstəmli deyib ki, Azərbaycan bu istiqamətdə kifayət qədər ciddi və konkret addımlar atır: "Rəsmi Bakı dəfələrlə bəyan edib ki, həmin bölgədəki silahlı birləşmələrin fəaliyyəti cinayətdir. Qanunsuz hərbi birləşmələrin rəhbərləri anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam edəcəksə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq. Azərbaycanın bu məsələdə qərarlı olması kifayət qədər hüquqidir və bütün təxribatların qarşısı qətiyyətlə alınacaq".
Xatırladaq ki, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı keçirilən "Qisas" əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Beləliklə də, hər dəfə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ərəfəsində bu cür erməni təxribatları törədilir və bu artıq ənənə şəklini alıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində törədilən bu təxribatı da məqsədyönlü şəkildə törədilmiş bir insident hesab etmək olar.
Qeyd edək ki, bu insident ilk hadisə deyil və erməni separatçıları bundan əvvəl də analoji təxribatlara yol veriblər - "Fərrux" və "Sarıbaba" əməliyyatlatı buna bariz nümunədir. Erməni silahlı birləşmələrinin həmin ərazilərdə yol verdikləri təxribatlara layiqli cavab verilib. Konkret olaraq "Fərrux" əməliyyatı nəticəsində Xaçınçay su anbarı üzərində olan təhlükə aradan götürülüb. Daha sonra separatçılara qarşı "Sarıbaba", "Qırxqız" və digər istiqamətlərdə də layiqli cavab verilib. Ən əsası odur ki, əməliyyatlar ona görə həyata keçirilib ki, məhz separatçılar mövqelərimizə hücum edib və ardınca da cavab addımları atılıb.

Sosial       Tarix: 30 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler qurban bayrami 2026 cəbhədən şad xəbər sonxeber