Gələn il bizi nə gözləyir: Neft ucuzlaşır - Qiymətlər bahalaşacaq?

Gələn il bizi nə gözləyir: Neft ucuzlaşır - Qiymətlər bahalaşacaq?Neftin qiyməti qısamüddətli sabitlikdən sonra yenidən dalğalanmağa başlayıb. Tendensiya azalma istiqamətindədir. Bu tendensiyanın gələn il də davam edəcəyi proqnozlaşdırılır. 
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. "Brent" markalı neftin bir bareli bəzi günlərdə, hətta 70 dollardan da aşağı düşüb. Bu tendensiyanın davamlı ola biləcəyi ilə bağlı proqnozlar da var. Bəs bu ehtimallar nə dərəcədə əsaslıdır? Neft bazarını qarşıda nə gözləyir?
KONKRET.az "Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edir:
Büdcədə 70 dollardır 
Qeyd edək ki, Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin bir barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib. Bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-2028-ci illər üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Siyasi təsirin gücü 
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, neftin uzun müddətdir ucuzlaşmasının əsas səbəbləri dünya neft bazarında baş verən bir sıra proseslərdir:
"Neftin dünya bazar qiymətinin azalması qlobal bazarda neftə olan tələbin azalması, eləcə də hasilatın artması ilə bağlıdır. Dünya neft bazarında volatillik müşahidə edilir. Bir tərəfdən tələb azalır, digər tərəfdən isə siyasi faktorlar kifayət qədər aktivdir. Xüsusən ABŞ-dən gələn mesajlar, seçkiqabağı kampaniyada verilən vədlər neft bazarına təsir göstərir. Bu da nəticə etibarilə azalmalara gətirib çıxarır. Neftin dünya bazar qiymətinin növbəti dövrlərdə dəyişməsi həm OPEC+un hasilatla bağlı qərarından, eləcə də digər siyasi təsir alətlərindən asılı olacaq. Amma OPEC+ yenə də bazara təsir imkanlarını qoruyub saxlayır".
Ucuzlaşma nə zamana qədər davam edəcək? 
V.Bayramov bildirdi ki, ucuzlaşmanın nə qədər davam edəcəyi məhz bu proseslərdən asılı olacaq:
"Əgər OPEC+ hasilatın azaldılması ilə bağlı qərar verərsə, bu halda neftin dünya bazarındakı qiymətində stabilləşmə müşahidə edə bilərik. Əks halda qiymət azalmalarının davam edəcəyi gözlənilir. Yəni ucuzlaşmanın nə qədər davam edəcəyi OPEC+un mövqeyindən asılı olacaq. Eyni zamanda, ABŞ-də seçkinin nəticələri də neft bazarına təsirsiz ötüşmür".
Daxil olan valyutanın həcminə təsir göstərir 
Millət vəkili düşünür ki, Azərbaycan kimi neft hasil edən ölkələr neftin qiymətinin optimal olmasına meyillidir:
"Azərbaycanın ixracının 80 faizini neft və neft məhsulları təşkil edir. Ona görə də, biz neft hasil edən və ixrac edən ölkə olaraq qiymətin optimal və stabil olmasında maraqlıyıq. Bizim üçün neftin bir barelinin qiymətinin 80 dollar ətrafında dəyişməsi məqbul hesab olunur. Qiymətlər yüksək olanda ölkəyə daha çox valyuta daxil olur. Təbii ki, qiymətlərin azalması valyutanın həcminə əks-təsir göstərir. Təklif edə bilərik ki, əvvəlki illərdə olduğu kimi, konservativ siyasət davam etdirilsin. Büdcədə neftin qiymətinin yüksək götürülməsi mövcud neft bazarındakı volatillik aspektindən arzuolunan deyil. Ona görə konservativ siyasətə üstünlük verilməsi daha məqsədəuyğundur".
Müharibə riski amili 15-20 faizdir 
İqtisadçı Xalid Kərimli isə neftin qiymətinə müharibələrin təsir qüvvəsindən danışıb:
"Dünya birjalarında neftin ucuzlaşmasının səbəbi tələbin gözləniləndən zəif olmasıdır. ABŞ-də neft ehtiyatları artır, Çinin neft istehlakı ilə əlaqədar göstəricilər tələbatın aşağı düşməsinə işarə edir. Bu səbəbdən qiymətlər aşağı düşür. Həmçinin neftin qiymətində müharibə amili də rol oynayır. Yaxın Şərqdə vəziyyət stabilləşən kimi neftin qiymətində enmələr müşahidə edilir. Neftin qiymətində müharibə riski faktoru 15-20 faizdir. Yaxın Şərqdə, İran körfəzində müharibə riski artanda neftin qiyməti yüksəlir. Yəni qiymətlər tələbatdan və hərbi-siyasi məsələlərdən asılı olaraq dəyişir. Həmçinin OPEC-in bazarı tənzimləməsi də burada ciddi rol oynayır. Dünya iqtisadiyyatı ilə bağlı narahatlıqlar var. Hətta yaxın zamanda ABŞ-də böhran riski də mövcud idi. Qiymətlərin azalması bu faktorlardan asılıdır".
"Gələn il daha da ucuz olacaq" 
İqtisadçının fikrincə, mövcud durum davam etdikcə neft daha da ucuzlaşacaq:
"Ümumi şəkildə neftin gələn il bu ildən daha ucuz olacağına dair gözləntilər mövcuddur. Çünki bu il qiymətlərin keçən ildən daha aşağı olacağı ilə bağlı müzakirələr var idi. Onlar da hazırda özünü doğruldur. Həmçinin alternativ enerji, elektrik mühərrikli avtomobillər, istehsalda ekoloji məsələlər ortaya çıxdıqca neftin uzunmüddətli dövrdə qiyməti enməkdə davam edəcək".
X.Kərimli bildirib ki, dünya bazarındakı ucuzlaşmanın Azərbaycan bazarına təsiri ciddi olmasa da, ucuzlaşma Neft Fondunun gəlirlərinə, ölkənin tədiyə balansına birbaşa təsir göstərir.

Sosial     Baxılıb: 245   Tarix: 22 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir. xəbər verir ki, əməliyyat-axtarı

İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? – Səbəbi bəlli oldu

Sosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğində işıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borc yazılıb. Paylaşımda qeyd olunu

Turan Topalova İŞDƏN ÇIXDI

Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova tutduğu vəzifədən ayrılıb. Bu barədə dövlət proqramı iştirakçılarına özü məlumat verib. /"Teleqraf"

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peş

Keçmiş icra başçısı vəfat etdi - FOTO

Azərbaycanda uzun müddət icra başçısı işləmiş Elman Allahverdiyev vəfat edib.  xəbər verir ki, bu barədə "yeni sabah"a onun yaxınları məlumat verib. E.Allahverdiyev aprelin 26-da 68 yaşında dünyasını dəyişib. 

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub. xəbər verir ki, Masallı rayonu ərazisində "BYD" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsini

Azərbaycan toylarında bu qayda dəyişib

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib.  Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artı

Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Gəncədə bıçaqlanma hadisəsi baş verib.  Teleqraf-a xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıça


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son durum dunyada son xeberler idman xeberleri azerbaycan son xeber bugun