Gələn il Dövlət Neft Fondunun tranzit gəlirləri kəskin artacaq
Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 14,2 mln. ABŞ dolları və ya 24,2 mln. manat həcmində olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2022-ci ilin müvafiq icra göstəricisindən 17 mln. manat və ya 235,8%, 2023-cü ilin təsdiq edilmiş büdcəsindən 8,9 mln. manat və ya 58,1% çoxdur.
KONKRET.azAPA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi"ndə əks olunub.
Rəydə qeyd edilir ki, 2023-cü ildə tranzit gəlirlərinin məbləği ilkin olaraq 13,9 mln. ABŞ dolları və ya 23,6 mln. manat nəzərdə tutulub, Fondun büdcəsinə dəyişiklik zamanı bu gəlir maddəsində müvafiq dəyişiklik edilərək 9 mln. ABŞ dolları və ya 15,3 mln. manata kimi azaldılıb. 2023-cü ilin 9 ayında bu gəlir maddəsi üzrə icra 5,5% və ya 0,5 mln. ABŞ dolları təşkil edib ki, səbəb kimi Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qara dənizdə daşınmalarda yaranmış məhdudiyyətlər səbəbindən Qərb ixrac boru kəməri ilə daşımaların aşağı olması göstərilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR