Gələn il kimlərin kreditləri silinəcək? - Deputatdan açıqlama
2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu".
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
"Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunveririclikdə öz əksini tapıb. Qeyd edək ki, "Vergi Məcəlləsinə" əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.
Bu baxımdan, qeyd olunan priortitet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq. Bu isə, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır", – deyə millət vəkili bildirib.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi