Gənc deputatların çoxu Parlamentin imkanlarından eyş-işrət üçün istifadə edirlər' - Partiya sədrindən sərt sözlər
"Azərbaycan Demokrat Partiyası" olaraq sənədləri hazırlayıb MSK-ya təqdim etmişik. Mən 5 saylı Şahbuz-Naxçıvan-Kəngərli seçki dairəsindən namizədliyimi irəli sürməyi düşünürəm".
Bu sözləri azxeber.com-a açıqlamasında "Azərbaycan Demokrat Partiyası"nın sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, Parlamentdə milli maraqları düşünən insanlar yer almalıdır:
"Parlament Ali hökumət orqanının bir qoludur. Burada xalqın, millətin maraqlarını düşünən insanlar təmsil olunmalıdır. Bunların içində cavan, qoca, qadın, eləcə də kişi ola bilər. Çox təəssüf ki, Azərbaycanda nə cavanlar, nə də qocalar xalqı, dövləti, cəmiyyəti bir o qədər düşünmürlər. Ona görə də parlamentdə gənc və ya qoca kadrların təmsil olunması yox, əsas dövlətə, xalqa bağlılıq prinsipi ön planda görünməlidir".
S. Cəlaloğlu hesab edir ki, gənc deputatlar arasında istiqlalçı düşüncəyə sahib olanlar yoxdur:
"Gənc deputatlar arasında istiqlalçı düşüncə yoxdur. Müstəqilliyimizi, xalqın gələcəyi naminə işlər görən, strateji düşüncəyə malik adamlar demək olar ki, yoxdur. Parlamentdə oturan gənc deputatların çoxu parlamentin imkanlarından eyş-işrət üçün istifadə edirlər".
Mikayıl Mirzəzadə

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat
Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz
"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR