Gənc oğlan sosial şəbəkədə tanış olduğu qadınla cinsi əlaqədə oldu və... — Şok olayın təfərrüatı

Gənc oğlan sosial şəbəkədə tanış olduğu qadınla cinsi əlaqədə oldu və... — Şok olayın təfərrüatıBakının Nizami rayonunda 1991-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində Camala (adlar şərti verilib – red.) xəsarət yetirib. 
azxeber.com Demokrat.az-a istinadən xəbər verir ki, hadisə 17 fevral 2021-ci ildə baş verib. Faiq ev alqı-satqısı ilə məşğul olan Camal ilə mənzilin kirayə pulunun məbləği ilə bağlı aralarında münaqişə yaranıb. Yaranmış mübahisə zaman Faiq bıçaqla Camalın bədəninin müxtəlif nahiyələrindən vurub. 
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 14-də Samirə ilə "Azar" adlı sosial şəbəkədə təsadüfən tanış olub: "Onunla ayrı-ayrı vaxtlarda müxtəlif ünvanlarda görüşüb, cinsi əlaqədə olmuşuq. Fevralın 17-də Samirə mənə zəng etdi, hazırda yaşadığı mənzildən çıxmaq istədiyini və kirayə ev tutmaq məqsədi olmasını bildirdi. Həmin gün axşam saat 20 radələrində Samirəyə zəng etdim, harada olmasını soruşdum. Samirə "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında ev tapdığını, anası Validəni götürərək birlikdə mənzilə baxmağa getmək istədiyini bildirdi. Eyni zamanda Samirə telefonda mənzili onlara kirayə verənlərin kişi cinsinə məxsus olmasını dedi. Samirəyə tək getməmələrini dedim, onunla görüşdük. Sonradan tanıdığım Camal və digər şəxslər bizi binanın həyətində gözlədilər. Biz birlikdə liftlə mənzilə qalxdıq. Mənzilə daxil olduq və baxdıqdan sonra evin istiliyinin zəif olduğunu ev sahibinə bildirdim, evin qiymətini 20 manat aşağı düşməsini xahiş etdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, lakin ev sahibi evin qiymətinin 350 manat olduğunu, aşağı düşməyəcəyini deyib: "Bu zaman stulda əyləşən Camal yerindən qalxaraq üzərimə gəldi, qolumdan tutaraq silkələyə-silkələyə saat 20-dən bizi gözlədiyini bildirdi. Mən isə ona işinin bu olduğunu, həmçinin evin soyuq olmasını dedim. Qiymətdə razılaşmamağımız səbəbindən müqavilənin yazılmamasını istədim. Samirərə getməyimizi dedim. Camal yenidən qolumdan tutaraq onunla oyun oynadığımı dedi. Buna görə aramızda mübahisə başladı. Camal üzərimə gəldi, məni vurmaq istədi. Bu zaman geriyə çəkildim və cəld yumruqla Camalın sifət nahiyəsindən vurdum. Zərbənin təsirindən Camalın sifət nahiyəsindən qan gəldiyini gördüm". 
Faiq qeyd edib ki, bu zaman evdə olan ev sahibi Eldar və yanında olan Namiq onu sakitləşdirməyə çalışıblar: "Camal isə yumruqla sinəmdən vurdu və üzərimə yıxılaraq vurmağa davam etdi. Özümü qorumaq məqsədi ilə əynimdə olan gödəkçənin sağ cibindən bıçağı çıxardım və Camalın yan nahiyəsinə vurmaq istədim. Bu zaman bıçaqla onun sol qol nahiyəsindən vurdum. Bundan sonra Samirə ayaqlarıma düşərək sakitləşməyimi, getməyimizi xahiş etdi. Camalı bıçaqla vurduqdan sonra bıçağı cibimə qoyaraq mənzildən çıxdıq. Sonra bıçağı həyətə tulladım və avtomobilə əyləşərək oradan getdik. Samirə və anası ilə birlikdə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığına gəldik. Samirənin anası orada düşərək evə getdi. Samirə isə evə getmək istəmədi. Onu Nizami rayonu ərazisində yerləşən "Siyaqut" şadlıq sarayının yaxınlığına aparmağımı xahiş etdi. Ona görə Saçirəni həmin ünvanda düşürdüm və evə getdim".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, ailədə ondan başqa işləyən yoxdur, evə o, baxır, bir azyaşlı uşağı vardır. O deyib ki, dəfələrlə cəhd göstərsə də, zərərçəkmiş şəxs onunla barışmayıb. O, əməlindən səmimi peşman olduğunu söyləyib. 
Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Faiq hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. 

Sosial       Tarix: 24 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri kriminal xabar az